📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
“Sonra öyrəndim bunun heç vaxt olmayacağını. İnsanların dəyişməyəcəyini, onları kimsənin dəyişdirə bilməyəcəyini və bunun üçün çalışmağa dəymədiyini”.
~ Dostoyevski ~
“Bilirsiniz, mənim bu yaşıma kimi qazandığım ən böyük nailiyyətim düşüncə və dünyaya baxış tərzim olub. Hər bir coğrafiyanın özünəməxsus faydalı resursları, ehtiyatları olduğu kimi insanın daxili coğrafiyası da bu cəhətdən istisna təşkil etmir. Fərqli cəhət odur ki, insanın daxili resurslarının artımı, azalması və istifadəsi tam olaraq öz əlində cəmləşib. Bizim daxili resurslarımız bizim xaricimizə yansıyır. Yəni əslində xarici dünyamızı gözəlləşdirən, onu rəngarəng edən daxildə qurduğumuz dünyamız-daxili dünyamızdır. Qısası, sən sənin ən böyük şansınsan. Bu bilirsiniz nəyə bənzəyir? Bir ərəb dövlətini xəyal edin. Torpağın altından çıxardığı neftin keyfiyyəti, saflığı nə qədər yüksək olacaqsa, torpağın üstündə də bir o qədər gözəllikdə və dəbdəbədə binalar, maşınlar, yollar və s. olacaq. Yaşamın sadə bir düsturu var. Yer adlanan bir kürə içərisində sən varsan. Hansı ki, bir az əvvəl qeyd etdiyim kimi daxili və xarici səndən ibarətsən. Daha sonra səni maddi aləm, yəni başqa insanlar, təbiət, ağaclar, binalar, maşınlar, yollar, heyvanlar və s. əhatə edir. Son olaraq səndən və səni əhatə edən ətrafından asılı olmayan hadisələr var. Bunu da ilahi sistem adlandırıram. Beləcə hər şey səndən asılıdır və heç nə səndən asılı deyil fəlsəfəsi işə düşür.”