Nurlana Rahimova

Nurlana Rahimova

, bir kitap okudu
6/10
·80 syf.··
2024 7. kitabı
Halid Ziya Uşaklıgil
7.7/10 · 480 okunma
Reklam
7/10
·44 syf.··
2024 6. kitabı
·
89 günde okudu
·
Okunma: 12 Temmuz 2024 23:32
Ilk dəfədir bir jurnalı başdan-sona darıxmadan oxudum. O qədər şey qatdı ki mənə... Elə orada yazıldığı kimi həqiqətən də jurnal kitab və qəzetdən fərqli olaraq həm zamanın içində, həm də zaman xaricindədir. Həm oxuduqca anı yaşayırsan, həm də istədiyin zaman qayıdıb öyrəndiklərini yeniləyə bilərsən. Kafkasevərlər üçün bir xəzinə mahiyyəti daşıyır. Bir ucu kafkaya toxunan hər şeyə rast gələ biləcəyiniz bu jurnal əminəm ki, hər zaman aktuallığını qoruyacaq. Ancaq başqa yazıçılara, incəsənət nümunələrinə yer verilməsi də çox xoşuma gəldi.
KafkaOkur - Sayı 1 (Eylül - Ekim 2014)KafkaOkur Dergisi · Kafka Okur Dergisi Yayınları · 2014639 okunma
8/10
·184 syf.··
2024 5. kitabı
·
29 günde okudu
·
Okunma: 08 Temmuz 2024 04:45
Kitabı sırf adında pişik olduğu üçün oxumağa başlasam da bir müddət sonra məni alıb apardı. Hər zaman həyatda nə qədər qəribə olsa belə pişiklərin xüsusi bir rolu olduğuna inanıram. Həm insana hüzur verib, həm gözəlliyi ilə göz oxşayan bu varlıqlar insana insandan daha yaxın dost ola bilir. Kitabı oxuyarkən bu fikirlərimin sətirlərə töküldüyünü görmək çox xoş oldu. Ölkəmizdən xeyli uzaq bir yerdə səninlə eyni fikirləri bölüşənlərin olması sevindiricidir. Nə qədər uzaq mədəniyyətlərə, tarixə, həyat tərzinə sahib olsaq belə yenə də dünya üzərində insanları birləşdirən məsələlər var: həyat və ölüm, Allah və şeytan, həyat sevgisi və ölüm qorxusu, ümid və peşmanlıq. Bu kitabda yazıçı hər məsələyə özünəxas üslubla toxunub, yeri gəldikcə öz fikirlərini qeyd edib, yeri gəldikcə müqəddəs kitablardan dəstək alıb. Mövzusu ilk başda sadə və adi görünür ancaq o qədər dərin fikirlər ehtiva edir ki kitab. Bir insan öləcəyini birliyi halda ona verilən şansdan nə qədər istifadə edə bilər?! Bəlkə bu şansın bir ucu ona ölümdən daha artıq əzab verəcək bir şeyə gətirib çıxarırsa, onda necə? İnsana həyatını, sevdikləri ilə münasibəti, davranışlarını, qorxularını, peşmanlıqlarını sorğuladan bu kitabı çox sevdim. Sona yaxınlaşarkən göz yaşlarıma hakim ola bilmədim. Hər kəsin səmimi bir şeylər tapa biləcəyi bu tip kitabları xoşlayıram.
Bir Gün Kediler Dünyadan Yok OlsaydıGenki Kawamura · Dex Yayınevi · 20212,303 okunma
Bu sevgi, insanlara has bu duygu bazen yük olsa, bazen yolunu şaşırtsa bile, biz insanları ayağa kaldı­rıyordu. Bu anlamda zaman gibiydi. Sadece insanlar için var olan şeylerden biriydi; mesela zaman, renkler, sıcaklık, yalnızlık gibi şimdi de sevgi vardı. Bütün bunları sadece insan deneyimliyordu. Bir anlamda bu kavramlar bize hü­küm sürüyor ya da kontrolümüzü ellerinde tutuyorlardı ama aynı zamanda hayatı tadını çıkararak yaşamamıza olanak sağlıyorlardı. Bizi insan yapan da asıl onlardı.
Sayfa 137·Kitabı okudu