Köçərinin dəyəsində qız doğularsa, ona Allahın cəzası kimi baxırlar. Çoxlu qız doğulanda bədəvi sadəcə olaraq buna qəddar bir əlac tapır. Amansız bir səhra adəti artıq qızları diri-diri torpağa basdırmağa icazə verir ki, onlar tayfaya yük olmasınlar və oğlanın payına düşən ana südünü əmib tükətməsinlər. Bu səhranın sadəlövh yevgenikasıdır.