Nurtən Həsənova

Nurtən Həsənova
@NurtanHasanova
Puan vermedi·591 syf.··
Beğendi
·
2025 14. kitabı
·
13 günde okudu
·
Okunma: 16 Mayıs 2025 09:35
Rus ədəbiyyatının zirvəsi sayılan Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı insan ruhunun dərinliklərinə enən, oxucunu düşündürməyə vadar edən möhtəşəm əsərlərdən biridir. Romanın əsas qayəsini təşkil edən sual bu cür səslənir: “Mənim – alçaldılmışların xilaskarı, zəiflərin müdafiəçisi olmaq üçün hər hansı bir əxlaq qanununu pozmağa haqqım varmı?” Əsərin baş qəhrəmanı Raskolnikov – dərin psixoloji sarsıntılar içində əzab çəkən bir hüquq tələbəsidir. O, insanlara yalnız zərər verən, cəmiyyət üçün “lazımsız” hesab etdiyi sələmçi yaşlı qadını öldürməklə bir neçə nəfərin həyatını xilas etdiyini düşünür. Lakin əsərin gedişində bu cinayətin onun iç dünyasında yaratdığı mənəvi sarsıntı, vicdan əzabı və psixoloji gərginlik onun nəinki “xilaskar”, əksinə, bir “qurban”a çevrildiyini göstərir. Raskolnikov insanları iki qrupa ayırır: adi və qeyri-adi insanlar. Adi insanlar – cəmiyyətin qanunlarına tabe olan, verilənlə kifayətlənən, dəyişiklik üçün heç bir təşəbbüs göstərməyənlərdir. Qeyri-adi insanlar isə – cəmiyyətə fayda gətirən, bəşəriyyətin inkişafı uğrunda düşünməkdən və hərəkət etməkdən çəkinməyənlərdir. O, hesab edir ki, qeyri-adi insanlar öz ideyalarını həyata keçirmək naminə mövcud əxlaq və hüquq normalarını poza bilərlər. Raskolnikovun bu inancı, əslində, onun daxili ziddiyyətlərini və həyatla fəlsəfi mübarizəsini göstərir. Əsərdə diqqətçəkən məqamlardan biri də budur ki, qanunlar və ədalət hər zaman üst-üstə düşmür – bəzən qanuni olan bir şey mənəvi baxımdan yanlış, ədalətsiz olur. #crimeandpunishment #fyodordostoyevski
Felsefe-Düşünce
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2011194,5bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·336 syf.··
Beğendi
·
2025 5. kitabı
·
8 günde okudu
·
Okunma: 25 Şubat 2025 12:02
“Burada düşünmək üçün çox vaxtım oldu. Öyrəndiyim odur ki, həyatda ən mühüm şeylər minnətdarlıq, bağışlamaq bacarığı və sevgidir. Anam mənə həmişə təşəkkür etməyi öyrədib. Bir insana təşəkkür etdiyiniz zaman onu da xoşbəxt etmiş olursunuz. Və bağışlamaq, çünki həyat onu qəzəblə yaşamaq üçün çox qısadır, həm də əyləncəli deyil. Və nəhayət, sevgi-çünki ürəyində sevgi varsa, onu heç nə və heç kim səndən ala bilməz.”
Hayat
Parisdəki Bütün ÇiçəklərSarah Jio · Qanun Nəşriyyatı · 20234,794 okunma
Zamanı Necə Dayandırmalı
10/10
·428 syf.··
Beğendi
·
2023 15. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Temmuz 2023 20:48
Zamanı necə dayandırmalı? Tom Hazard kənardan gənc görünsə də,4 əsrdən çox yaşı var.Bəli,bir az fantastik görünə bilər… Kitabı oxuduqca sanki zamanda səyahət edirsən,kitabı hiss edərək oxumaq o qədər gözəl bir hissdir ki,hər cümləsində,hər səhifəsində o anı yaşamaq.. İnsanı yaşadan sevgidir,”sevdiklərimiz heç vaxt ölmürlər”Həyatda ikən necə ürəyimizdə yaşayıblarsa,eləcə də yaşamaqda davam edirlər.Biz onları ruhumuzda,ürəyimizdə yaşadırıq.Ürəyimizdən və xatirimizdən silinmədikcə,onlar da bizi yaşadırlar. Ölüm ani olduğu kimi,yaşamaq da anidir və mühüm olanı bu anda qalmaqdır,qorxmadan,şübhə duymadan,həyatın hər kiçik zərrəsindən həzz alaraq yaşamaq… Çünki gələcək elə insanın özüdür.
Hayat ve İnsan
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 015,2bin okunma
Quidquid tentabat dicere ver sus erat.
10/10
·152 syf.··
Beğendi
·
2023 13. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Temmuz 2023 20:29
Kitab edam cəzasının geniş vüsət aldığı bir dövrdə 19-cu əsrdə yazılıb.Adından da məlum olduğu kimi məhkumun edam olunmamışdan əvvəl keçirdiyi hisslər,düşüncələr,yaşadıqları haqqındadır.Kitabı oxuduqca insan sanki,özünü məhkumun yerində hiss edir,onun düşüncələrini özündə yaşayır,sabah öləcəyini bilən insan nə edər?sualını məhkumun dilindən oxuyur.Öləcəyinin saatını belə bilən insanın ölümümün son dəqiqələrində keçirdiyi hisslər o qədər müfəssəl təsvir olunub ki,təsirlənməmək əldə deyil.Görəsən cəzanı tətbiq edən və izləməyə gələn insanlar özlərini o məhkumun və ya ailə üzvlərinin yerinə qoyub,onun pəncərəsindən baxıblarmı heç? İnsan nə qədər çarəsiz vəziyyətə düşsə də,yenə bir ümid umur, ”İnsan saçının teliyle bir zinciri bile kırabileceğine inanıyor”. Hər kəsin,xüsusən də,hüquqşünasların oxumalı olduğu bir kitabdır.
Hayat ve İnsan
Bir İdam Mahkumunun Son GünüVictor Hugo · Fark Yayınları · 2019152,7bin okunma