Gündəlik həyatda onlarla,yüzlərlə insan görürük, yanlarından ötürük,çox amma çox səssizcə, ruhumuz heç bir şey duymadan.O insanın həyatının necə olduğunu,nələrlə boğuşduğunu sən tam onu gördüyün anda hansı hisslər və düşüncələr içərisində olduğunu və s. heç birindən xəbərimiz olmur,ola da bilməz.Və bu roman tam da bu məsələdən ibarətdi.Müxtəlif insanların,müxtəlif dünyalarından.Obrazların hər birinin ayrı-ayrılıqda həyatını və dünyasını oxumaq o qədər gözəl idi ki.Hər birinin gözündən bu dünyanı görmək,hiss etmək..Yer üzərindən bu cür milyardlarla dünya gəlib keçir. Kəşf olunmamış,özünə xas saysız-hesabsız dünyalar.Hər hekayə qəribə bir hüzün buraxdı içimdə.Məndə yeri çox ayrı olacaq kitablardan oldu.