Gündəliyimi bitirdim.Bitirdiyim ilk gündəliyim oldu.Demək olar 16 yaşımdan bəri mənimləydi. Niyə bura yazıram,bilmirəm.Amma yazma ehtiyacı hiss edirəm.Bütün səhifələri o qədər məndir ki bu dəftərin,hər səhifəsində bəlkə eyni kədər,eyni hisslər,amma daha fərqli bir mən var.Zaman keçdikcə nisbətən dəyişilən daha fərqli bir mən.Arada köhnə səhifələrə baxıb o zamanlardaki,o yazıları yazdığım anlardaki halımı yadıma salıram.Arada keçmişə gedib sırf o anlardaki məni qucaqlamaq,başını sığallamaq da istəyirəm.Yəqin ki,bu həmişə belə olacaq.Ümid eliyirəm bundan sonra daha da çox yaza bilərəm, özümü hər dəfəsində biraz daha tapa bilərəm…Belə.Məncə,hələlik bu qədər.
Onu içimdə gizlədib hamıdan qorumaq istəyirdim..Kim ona daş atsa mənə dəysin, kim onu incitsə mənim canım ağrısın..Onun üzündə kədər kölgəsi görmək istəmirdim.
Bəzən kitablığıma baxıram və elə düşünürəm ki həyatımı,yaşayış tərzimi,baxış bucağımı,dünyamı dəyişdirəcək bir şey,bir cümlə bu kitablarımın arasında bir yerdədi.Hansısa biri,hər şeyi dəyişdirəcək.Çox qəribə hissdir.Daha oxumalı olduğum nə qədər kitab var,kim bilir o cümlə bunlardan hansı birinin hansı səhifəsində məni gözləyir..Və kim bilir daha nə qədər gözləyəcək…