Gündəliyimi bitirdim.Bitirdiyim ilk gündəliyim oldu.Demək olar 16 yaşımdan bəri mənimləydi. Niyə bura yazıram,bilmirəm.Amma yazma ehtiyacı hiss edirəm.Bütün səhifələri o qədər məndir ki bu dəftərin,hər səhifəsində bəlkə eyni kədər,eyni hisslər,amma daha fərqli bir mən var.Zaman keçdikcə nisbətən dəyişilən daha fərqli bir mən.Arada köhnə səhifələrə baxıb o zamanlardaki,o yazıları yazdığım anlardaki halımı yadıma salıram.Arada keçmişə gedib sırf o anlardaki məni qucaqlamaq,başını sığallamaq da istəyirəm.Yəqin ki,bu həmişə belə olacaq.Ümid eliyirəm bundan sonra daha da çox yaza bilərəm, özümü hər dəfəsində biraz daha tapa bilərəm…Belə.Məncə,hələlik bu qədər.
Tanrı böyükdür!Tanrı,soyuqqanlılığımı qoru,çünki bu murdar yerdə ona ehtiyacım var!..Əvvəllər məni çaşdıran bəzi şeylərin üzərinə işıq düşüb.Bu vaxta qədər Şekspirin Hamletin dili ilə dediyi:"Mənim cədvəllərim-qeyd olunmalı,üzümə hər zaman gülüş qonmalı"və s.-sözlərini anlamırdım,amma indi dəli olmaq həddinə çatdığımı və bütün bunlar dəf etmək üçün gündəliyimə sarılmağı düşünürəm.Əsəblərimi ehtiyyatla idarə edə bilsəm,yəqin bu dəhşətli sarsıntıları da dəf edə bilərəm