Uşaqlıqda eşitdiyim nağıllar yadıma düşdü. Div bir uşağı oğurlayır. Amma çox arıq olduğuna görə yemirdi. Ona görə də div ona hər gün yaxşı yeməklər verir ki, tez kökəlsin. Bəlkə ondan yaxşı xörək alınar.
Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa.
Biz niyə bu müharibədəyik?
— Ölkəmizi qorumaq üçün.
Bəs fransızlar niyə bu müharibədədir?
— Öz ölkələrini qorumaq üçün.
Onda haqlı olan kimdir?
— Kim qalib gəlsə.