Ali Muradli

Ali Muradli
@OxuNomad
Sözlər sadəcə hərf deyil, dünyadır.Burada kitablardan aldığım fikirləri səninlə bölüşürəm
Müəllim
Qida Mühəndisliyi
Bakı
Azərbaycan Bakı
24 okur puanı
Şubat 2025 tarihinde katıldı
10/10
·292 syf.··
Beğendi
·
2026 2. kitabı
Kitab öz dəsti xəttinə uyğun olaraq mükəmməl idi, sadəcə artıq nəfsinə hakim ola bilməyən kişiləri və erotikanı bu əsərdə çox yer alır. Ələmdar obrazı vətənpərvər, mərd, güclü olduğu kimi, qadınlara düşkün və öz nəfsinə hakim olmayan biri kimi qiymətləndirməyi adama təsir edir. oxuduğum 21 əsərindən bir qismində Ələmdar obrazı yer alır və sanki güclü tərəfləri ilə yanaşı zəif tərəfinin nəfsinə qalib gəlməmək, qadın düşkünü olmağı insanı düşündürür. Zəmanənin bu qədər korlandığı zamanda kitabda məhəbbət romanı altında bəhs edilən erotikaya az yer verilsəydi daha gözəl olardı. Şüphəsiz Elatlı pərəştişkarı olaraq digər kitablarını oxumağa davam edəcəm, amma təklifim erotikanı azaldıb sujet xəttinə adaptasiya olmağıdır. Elhan Elatlı
1000Kitap
Qanunsuz ƏməliyyatElhan Elatlı · Elgün Neşriyat · 2017561 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·288 syf.··
2026 1. kitabı
7 sentyabr başladığım kitaba müəyyən məsələlərdən dolayı yarıda buraxa-buraxa bugün bitirə bildim. Onu deyə bilərəm ki, sujet xətti məni ən çox sarsıdan əsərlərindən biri oldu. Elatlının əsərlərini daim oxuduqca reallıq ilə yanaşı qoymaq çox düşündürür adamı və cavabı tapılmayan suallar çox olur. Hər zaman özümə, ətrafıma məsləhət gördüyüm bir mövzu var. Nüfuzun, maddi imkanın, psixologiyan tam hazır deyilsə ailə həyatı qurmaq düzgün deyil. Sənin məntiqsiz arzu istəyivin cəzasını övladların çəkməli deyil. Çalışmaq lazımdır ki, ( xüsusilədə qız uşaqları böyüdən valideynlər) övladınızla yaxın olun, onların yanlışlarında, sevincində yanında olun. Hər bir sirrlərini biləcək qədər yanında olun. Ps:Bilmirəm bir də nə zaman kitablara qayıdacam, bu il phd həfədi qoymuşam və ona nail olmalıyam, amma qayıtdığım zaman burda olacam. Sağlıqla qalın.
Niyə Susursan, Polkovnik?Elhan Elatlı · Elgün · 2014576 okunma
10/10
·256 syf.··
2025 44. kitabı
Bir Elatlı pərəstişkarı olaraq bu əsərdədə tüklərim biz-biz oldu. Artıq yazarın dəstxəttini bildiyim üçün bu kitabın sujet xəttini anlamaq çox rahat oldu. Sadəcə onu deyə bilərəm ki, bunu gələcəkdə olacaq övladlarımıda tətbiq edəcəm. Öz ovladınızı gözünüzdən kənar qətiyyən qoymayın, nəinki uşaq yaşlarda 20 li yaşlardada qorumaq nəzarətdə saxlamaq lazımdır. Bir çox əsərlərində qadınları pis qələmə alsada bu əsərdə bir qadının qeyrətini və namusunu təmizləmək üçün özünü oda atmağı çox möhtəşəm vurğulanıb. Ümumən Elatlının əsərlərini oxuduqca dünyaya qarşı sanki daha tədbirli oluram. Tövsiyyəm budur ki, gələcəkdə valideyn olacaq şəxslər övladlarınıza zaman ayırın... Seçilmiş Cəza Elhan Elatlı
1000Kitap
Seçilmiş CəzaElhan Elatlı · Elgün · 2013613 okunma
10/10
·351 syf.··
2025 42. kitabı
Varis Yolçiyevin ilk romanı olan “Sonuncu ölən ümidlərdir” 2008-ci ildə çap olunub və qısa zamanda oxucular arasında böyük maraq qazanıb. Əsərin qəhrəmanı Nailədir. Onun hekayəsi təkcə şəxsi taleyini deyil, həm də bütöv cəmiyyətin problemlərini əks etdirir. Həbsdən sonra varlanmaq və ona zərər verənlərdən intiqam almaq istəyilə həyatına davam edən Nailə, əslində qadınların yaşadığı dərin faciələrin simvoluna çevrilir. Roman sadə və axıcı dildə yazılıb, oxucunu hadisələrin içinə çəkir. Dram və macəra elementlərinin vəhdəti əsəri həm maraqlı, həm də təsirli edir. Məncə, bu əsərin ən güclü tərəfi ümid mövzusuna toxunmasıdır. Adı da simvolikdir: “Sonuncu ölən ümidlərdir”. İnsan həyatını yaşadan məhz ümiddir, amma o da sönəndə faciə başlayır. Varis oxucuya sadəcə bir hekayə danışmır, onu düşündürür və cəmiyyətin reallıqları ilə üzləşdirir. Sonuncu Ölən Ümidlərdir
1000Kitap
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,289 okunma
10/10
·200 syf.··
2025 40. kitabı
Heç düşünmüsünüzmü, sovet dövründə senzura bu qədər güclü olarkən yazıçılar hansı cəsarətlə iddialı mövzulara toxunurdular? Cəmşid Əmirov məhz belə yazıçılardan idi. Onun “Şəhər yatarkən” əsəri həm maraqlı süjeti, həm də dövrün gizli qatlarını göstərməsi ilə Azərbaycan nəsrində özəl bir yer tutur. 1982-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən bu kitabın tərkibində iki povest var: “Şəhər yatarkən” və “Mənim ilk məhəbbətim.” Burada biz həm şəhərin gecə həyatını, cinayət aləminin kölgələrini, həm də insan xarakterlərinin dərinliklərini görürük. Əsərin ən maraqlı tərəfi isə ondadır ki, detektiv motivlər sadəcə oxucunu həyəcanlandırmaq üçün deyil, həm də cəmiyyət və vicdan məsələləri üzərində düşündürmək üçündür. Ən təsirli məqamlardan biri isə budur: “Mənim ilk məhəbbətim” povesti böyük ixtisarla kitaba salınmışdı. Yazıçı bu haldan çox təsirlənmiş, ürəyi dözməmiş və əsər çap olunduqdan bir müddət sonra dünyasını dəyişmişdi. Elə buna görə də “Şəhər yatarkən” onun həm ədəbi, həm də həyati baxımdan son sözü sayılır. Bu gün əsəri oxuyanda görürsən ki, Cəmşid Əmirov sadəcə bir detektiv müəllifi deyildi – o, Bakı şəhərinin nəfəsini, insan talelərinin çarpışmasını və gizli həyatların dramını sözlə canlandırmağı bacaran cəsarətli bir qələm sahibi idi. Şəhər Yatarkən
1000Kitap
Şəhər YatarkənCəmşid Əmirov · Yazıçı nəşriyyatı · 198269 okunma