Ali Muradli

Ali Muradli
@OxuNomad
Sözlər sadəcə hərf deyil, dünyadır.Burada kitablardan aldığım fikirləri səninlə bölüşürəm
Müəllim
Qida Mühəndisliyi
Bakı
Azərbaycan Bakı
24 okur puanı
Şubat 2025 tarihinde katıldı
Yapon xoşbəxtliyi....
Uzun müddətdir ki, kitablara ara vermişdim, bu araları psixoloji səbəblərə görəmi, yoxsa akademik fəaliyyətə görə uzandığını deyə bilmərəm amma onu bilirəm ki, ara verdikdən sonra kitablara qayıtmaq çox çətindir, eynilə bu kitab kimi. Kitab üzərində demək olar ki 3 aydan çox müddətdir ki, ara verə-verə oxuyuram sonunda bağda bugün bitirə bildim. Kitab haqqında onu deyə bilərəm ki, özünü həyatda tapa bilməyən, mənanı dərk etməkdə çətinlik çəkən insanlar üçün individual seçimdir. Lakin psixologiyası güclü olan insanlar üçün o qədər də maraq cəlb etməyəcək. Kitabda qeyd olunanları bir cümlə ilə sonlandırmaq istərdim. Hər bir şey özünüzlə başlayır siz özünüzü tapmasaz heçnə yolunda getməyəcək. İkigai
Alıntı
Reklam
Dilənçi Qadının Sirri qısa müddətdən sonra yenidən Elatlı ilə davam edirəm.Kitablarımın 60% e-kitab oxumağı üstün tuturam.Çətin tapılan kitabların elektron versiyası daha əlçətan olur, həmçinində işıq, qaranlıq fərq etmədən oxuyursan.Bu kitabı yəqin ki, bir neçə saat ərzində bitirib yenidən bura qayıdacam bu müddət ərzində sağlıqla qalın. Və unutmadan Novruz Bayramınız Mübarək...
1000Kitap
Artıq neçə müddətdir ki, kitablardan uzaqlaşmışam və bu təbii olaraq mənəvi azlığa gətirib çıxardır, araşdırmalar və tədqiqatlara mart ayında vaxt ayıracağım üçün bəlkə də, bir neçə ay sonra qayıdaram, qayıtdığım zaman ilk oxuyacağım kitabları sıralamaq istərdim. Dilənçi Qadının Sirri Sapiens Heyvan Ferması Çərpələng Uçuran Mənim Payım Relslər Üzərinə Uzanmış Adam İkiqay Bu Şəhərdə Kimsə Yoxdur Martin Eden Çalışacam bu kitabların hər birini oxuyaraq şəxsi fikirlərimi bölüşüm, sağlıqla qalın.