Mən həftələrlə naharsız qalanda heç kəsin ağlına gəlmirdi ki, məni qonaq çağırsın. İndi isə yüz min nahara kifayət edəcək qədər pulum olduğuna və bir də ki, tamamilə düşdüyümə baxmayaraq, sağına-soluna hamı məni nahara qonaq çağırır.
-Sən də bunlardan yaxşı deyildin, dostum,- dedi. -Əxlaq haqqında sənin də eyni təsəvvürlərin vardı və sən də onlardan çox bilmirdin. Sən heç bir şüy üzərində dərindən düşünmürdün, heç bir şeyin qayğısına qalmırdın. Həyata baxışlarını da paltar kimi hazır alırdın.
O həyata da, kitablara da bu adamlardan daha yaxşı bələd olduğundan onların öz təhsillərini hansı künc-bucaqlara və zirzəmilərə soxub gizlətdiklərinə yalnız təəccüb edə bilərdi