Əfqanıstanda bir qadının eşq həsrəti tabu sayılır. Bu həm nəslin namus keşikçiləri, həm də mollalar tərəfindən qadağan edilir. Gənclər görüşmək, sevişmək, həyat yoldaşlarını seçmək hüquqlarından məhrumdurlar. Məhəbbətin romantika ilə əlaqəsi yoxdur, əksinə, eşq ciddir bir günah sayıla, ölümlə cəzalandırıla bilər. Bu qaydalara əməl etməyənlər soyuqqanlılıqla öldürülür. Əgər iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olur.