O, bu dünyadan köçərkən nisgilini, dərdini, incikliyini qoyub getdi. Getdi ki, nəhayət, vüsala çatsın. Heyran xanım həm də gözəl şeirlərini, eşq ətri saçan qəzəllərini bizə əmanət qoyub getdi
Özü ilə isə Bütöv Azərbaycan həsrətini apardı...
Artıq əlimdə heç nəyim qalmayıb. Nə gəncliyim, nə gülüşüm, hansı ki çoxdan unutmuşam, nə məhəbbətim, nə də sevincim. İtkilərim o qədər çox oldu ki, qazanmağı unutdum...
Niyə bizim nə istədiyimizi, nə düşündüyümüzü, nə arzuladığımızı soruşmurlar? Bu kişilər özlərini bizə ər sayırlar, yoxsa ağa? Məgər ikimiz də insan deyilik mi? İkimizi də Allah yaratmayıbmı? Bəs bu qeyri-bərabərlik nə üçündür? Mən niyə ərimdən qorxmalıyam?