Öncəliklə kitabı bəyəndim. Həqiqətən deyildiyi qədər var. Möhtəşəm fikirlərlə doludu. Toxunduğu nüansların hamısı çox önəmli və düppədüz idi. Müəllimlər, qanun işçiləri, məmurlar, valideynlər, gənclər, ən əsası da təhsil haqqında yazdıqları danılmazdı və istənilən dövrə xitab etməsi əslində üzücüdü. Bu dövrdə ölkələrin çoxunun hələ də belə problemləri olmağı əslində nə qədər irəliləsək də geri qaldığımızı, nələri jəll etsək də çox şeyi həll edə bilmədiyimizi göstərir. İşini sevməyən müəllimlər, qanuna tabe olmayan qanunçular, rüşvətxor məmurlar, övladına qayğı göstərməyən valideynlər və cahillər hələ də bir dünya dolusu var. Atatürkün bu kitabı niyə bütün məktəblərdə oxutdurduğu məlum məsələdi. Bir dövlətin əslində hansı təməllər üstündə qurulmalı olduğnun reseotidir bu kitab. Bizdə də məktəblərdə məcburi vəsait kimi oxudulsa möhtəşəm olardı. Yazdıqları hər şey doğru olsa da, yazı forması ortalardan başlayaraq məni yordu. Hər şeyi çox təkrarlayırdı. Biraz yordu nə yalan deyim. Sıxıldığım hissələr oldu. Kilsə hissəsi məsələn. İdeyanı çatdırmaq üçün bu qədər uzatmağa ehtiyac yox idi. Məncə. Amma bilmirəm bəlkə də kitabdakı Luka Makdonaldın dediyi kimi ağrıyan yerə məlhəm bir neçə dəfə sürtülməlidi. Ona görə Petrov da belə yazıb. Amma həqiqətən də siyasi, mənəvi dəyəri yüksək bir kitabdı.
4/5️
Fərqli “ inanclar” ucbatından bir-birinin ətini didirlər: nə üçün sürülərdən biri Allahı və onun qanunlarını baçqa sürünün anladığı kimi anlamaq istəmir?! Başqa tayfalardan, qəbilələrdən olduqları üçün bir-birini qəbul etmirlər. Hərfləri fərqli yazdıqlarına görə belə yola getmirlər…
Sən böyük ideyaların daşıyıcısı olan insanları öldürmüsən və öldürməkdə davam edirsən, ancaq ideyaların özünü öldürə bilməmisən və bunu bacarmayacaqsan.