Ziyalılar xalqın beynidir. Xalq sizi, təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda oturasınız və gününüzü kart və domino oynamaqla keçərəsiniz deyə böyüdüb tərbiyələndirməyib. Bu halda siz ziyalı deyil, ziyalı kifi olursunuz. Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz.
Buna görə də, burada xalqın ən aşağı təbəqələrində belə düşüncələr dərin yuxuya dalıb qalmır, çırpı kimi quruyub çürümür. Burada insanlar özlərinin şikəstlikləri və kimsəsizlikləriylə barışmırlar. Eləcə də, özgə fikirlərin təsiriylə, “nə olacaqsa olacaq” deyə, ümidsizlik içində ömür sürməyi qəbul etmirlər.
İsveçrə pendiri yalnız dağlıq ərazidə otlayıb oranın bitkiləriylə yemlənən inəklərin südündən hazırlanır, holland pendiri isə, yalnız bitkilərlə zəngin holland örüşlərində otlayan inəklərin südündən tutulur. Hər kəs öz yurdunun təravətini təmsil edir. Napoleon Fransada doğula bilərdi, ancaq onun sülhpərvər Çində doğulması mümkün deyildi.