...Budur! Daha bir soyuq bayram axşamı! Sən yoxsan deyə hər şey elə mənasız, elə cansıxıcı gəlir ki! İndi yolkaların həmin gur, parlaq işıqları da öləziyib, hədiyyə qutularının gözoxşayan rəngləri ürəkbulandıran cızma-qaraya çevrilib. Hər tərəfdən ətrafa yayılan kədərin kəsif qoxusu duyulur. Nə bayram nidaları eşidilir, nə də atəşfəşanlıq səsləri qulaq batırır. Yer üzü bu bayram günü yenə də sükuta qərq olub. Ətrafdakı naməlum səssizlik ruhumu incidir, nəfəs kəsən şaxta bədənimi titrədir.
.
Təəccüblüdür, bayram mənə ölümü xatırladır. Səsinə, nəfəsinə elə ehtiyacım var ki! Yavaş-yavaş gözlərim qaralır, sənə doğru gəlmək istəyirəm. Bir vaxtlar səninlə birlikdə dayandığım bu yolka ağacının altında indi tənha olduğum üçün qəhər məni boğur. Tanrıdan yalnız bir şey diləyirəm. Ölmək, ən qısa zamanda sənin yanına gəlmək istəyirəm...