Pərviz Əlyaroğlu

Pərviz Əlyaroğlu
@Parviz_Cabrayil
Yazar
Mühəndis
Bakı
Oğuz, Xaçmaz
9 okur puanı
Ocak 2020 tarihinde katıldı
8/10
·440 syf.··
2026 5. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Şubat 2026 21:26
Seymur bəydən oxuduğum ilk kitab oldu. Kitabın dili ümumiyyətlə sadə, olduqca axıcıdır. Abzaslar bir-birinin ardınca yağ kimi gəlir keçir, bir də görürsən ki, kitab yarı olub. Oxuduqca yazıçının dünyagörüşünə yazma istedadına heyran olmamaq mümkün deyil. Onun yazarkən heç əziyyət çəkmədiyini, sanki kafedə səninlə üzbəüz oturub söhbət etdiyini düşünürsən. Bu isə onun təcrübəsini göstərir. Kitab boyu adını çəkdiyi əsərlər də onun dünyagörüşünü sübut edir. Kitab yazıçının avtobioqrafiyası hesab edilir. Amma düşünürəm ki, bəzən yazıçı təxəyyülü də işə qarışıb. Quqark erməni düşərgəsinin adıdır. Yazıçı burada seminarda çıxış etmək üçün iştirak edir. Kitabın adı Quqark olsa da əsas hissələr yazıçının keçmiş xatirələrindən ibarətdir. Müharibə, xaos, insanların düşüncələri bütün çılpaqlığı ilə göstərilib. Qeyd: Əsərdə ən çox yazıçının anasının evdə gördüys hər şeyi satması diqqətimi çəkdi. Ana hətta oğlunun hansısa yazısına görə qazandığı mükafatı da 20 manata satmışdı.
Duygu ve Düşünce
QuqarkSeymur Baycan · Qanun Nəşriyyat · 202030 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·636 syf.··
2020 3. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Ocak 2020 17:46
Bu da dillər əzbəri olan həmin kitab. İnanmıram ki, kitabı oxuyub bəyənməyən kimsə olar. Lakin qanun nəşriyyatının tərcüməsini elə də sevmədim. Buna baxmayaraq, bu, kitabın oxucuya bəxş etdiyi hissləri cüzi də olsa zəiflətmir. Kitabda təkcə Raskolnikovun cinayəti ilə deyil, eyni zamanda ayrı ayrı talelərlə qarşılaşırıq. Svidriqaylovun mənfur hisslərini həyata keçirmək üçün etdikləri, zavallı Marmeladovun acı taleyi oxucunu kitaba daha da bağlayır. Oxuduqca oxumaq istəyirsən. Kitabın adının da bu talelərin ümumi adlandırılması şəklində verildiyini düşünürəm.
Duygu ve Düşünce
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194,3bin okunma
8/10
·250 syf.··
2020 2. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Ocak 2020 13:31
Fransız yazıçı Brigitte Aubertin "la mort Des Bois" detektiv mükafatına layiq görülən bu əsəri oxucunu daim həyəcan içində saxlamağı bacarır. Əslində bir günə bitiriləcək kitab olsa da üç günə başa çatdıra bildim. Bütün detektiv kitablar kimi bu əsər də sonda təəccübləndirməyi bacardı. Həyəcanlı, maraqlı, oxucunu tutub saxlamağı bacaran bir kitabdır. Kitab qatilin və xidmətçinin gündəlikləri şəklində qələmə alınmışdır. Xidmətçi qadın bir gün təsadüfən qatilin gündəliyini tapır və dörd əkizdən birinin manyak qatil olduğunu öyrənir. Kitabın sonuna qədər onun kimliyini üzə çıxarmağa çalışarkən, hərdən çıxıb qaçmaq istəyir, hərdən isə günahsız insanları xilas etməli olduğunu düşünərək qaçmaq fikrindən daşınır. Beləliklə, qorxusuna üstün gələrək qatili ifşa etmək yolunda ilk addımı atır.
Duygu ve Düşünce
Doktor Marçın Dörd OğluBrigitte Aubert · Xan Nəşriyyatı · 0974 okunma