Sizdə xoşuma gəlməyən yeganə şey daim “camaat nə deyər” söyləməyinizdir. Sizin həyatınızı “camaat” müəyyənləşdirmir. Mənimkini isə lap çoxdan. Hər şeydən öncə özünüz barədə düşünün. Öz həyatınızı özünüz qurmalısınız. Yəni siz özünüzlə arzularınız arasında başqalarının düşüncələrinin dayanmasına yol verəcəksiniz?
Bir vaxtlar nənəmin öləcəyini və Bakını görməyəcəyini özümə dərd etmişdim, indi isə Dostoyevskini oxumayan adamlara eyni nəzərlərlə baxıram. Dostoyevskini oxumayan adamları görəndə düşünürəm: bu adam Dostoyevski kimi bir yazıçının varlığından xəbər tutmadan, Dostoyevskini oxumadan öləcək…
Mən eşitdiyim və hiss elədiyim ağrılardan çox yorulmuşam, boss. Mən yollardan yorulmuşam, birəbitdən quşu kimi yağışın altında tək-tənha dolaşmaqdan yorulmuşam. Heç kiminlə yol-yoldaşı olmamaqdan, haradan gəlib haraya getdiyimizi, ya da nə üçün getdiyimizi paylaşa biləcəyim bir dostumun olmamasından yorulmuşam. İnsanların bir-birinə qarşı düşmən kəsilməsindən yorulmuşam. Elə bil beynimin içində çoxlu şüşə qırıntıları var. Dəfələrlə yardım etməyə çalışıb bunu edə bilməməkdən yorulmuşam. Qaranlıqda yürüməkdən təngə gəlmişəm. Ən çoxu da ağrıdan yorulmuşam. Ağrı hər şeydən çoxdur. Əgər mən onu bitirə bilsəydim, yer üzündən yox edərdim. Amma bacarmıram.