28 Mart, 23’cü
Saat: 12:14
Universitetin həyətində tək başıma oturub gələn keçənlərin baxışlarına məruz qalıram, lakin qəribədir ki, bu dəfə özümü tək hiss etmirəm, içərisində olduğum vəziyyətdən utanmıram. Daxili narahatçılığına bədəni daima reaksiya verən biritək yenə boğaz gıcıklanmalarım və öskürəkdən boğulmalarım başladı, beləliklə, tək kəlimə etmədən suyumu, salfetkamı və telefonuma götürərək çıxdım otaqdan. Aşağı, həyətə doğru ilərlərkən heç bir düşüncə yox idi artıq ağlımda, sadəcə bir qaçış idi. Niyə burada olduğumu belə bilmirəm hazırda, arada səssizliyə bürünən həyət ara-ara iki-bir, üç-bir tələbələrin varlığı ilə səssizliyini pozur. Bu xırda gürültüdə tək xoş gələn quşların səsidir. Tələbələrin bəziləri aralarında müəllimlərdən şikayətlənkən, biri telefonda ailəsi ilə danışır, kəsirləri, yay məktəbi üçün əlavə pulu ödəyib-ödəyə bilməyəcəklərini soruşur. Belə bir halla üzləşmədiyim üçün özümü xoşbəxt saymalıyam mı əmin deyiləm, hər halda 4 ilin 3 il-yarımı uğurlu keçsə də hazırda qabaqda bitirməli olduğum bir neçə ayım daha var. Və həyat mənə heç nədən əmin olmamağı çoxdan öyrədib. Hazırda yanımdakı skamyada oturub boş-boş deyinən qızların getməsi ən böyük arzumdur. Bəzi insanlar necə də qəddardır, oturub kədərə boğulmağıma belə imkan vermirlər.
Ağlımdakı ilə həyatımdakı fərqlidir. Ümumən, ağlımda nə var ondan mən xəbərdar deyiləm.
Vaxtı ilə onun bir müddətlik yaşadığı Neftçilərdə sonuncu kurs tələbəsi kimi universitetin həyətində telefonumun yaddaşına boş-boş şeylər qaralayıram.
……, hardan düşdün yadıma ?!