Diana Polyanin

Diana Polyanin
@Polyanin
Reallığın nağıllar diyarından qovulmuş Diana'sı, bir gün günəş sənin üçün parlayacaq.
Öğrenci
Bakı
Azərbaycan/Gəncə
7 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Ətraf cənnət kimi görünürdü ona, hər yan yamyaşıl, başının üstündə saf, mavi buludlar, təbiət belə olan halda adama gəl-gəl deyirdi sanki. O, saatlarca hətta, bəlkə də, bir ömür burada qala bilərdi. Bu yerlər, bu səma, dağların havası, insanların gülər üzü onun bütün kədərini silib aparmışdı elə bil. Gecələr dərdi-qəmi həmənki idi, lakin günün səhər çağı o özünü xoşbəxt sayırdı. Yaşıllıq necə də gözəl idi, Tanrı bu yerləri ən xoş sevgisi ilə rəsm etmişdi sanki.
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Getməyə hazırlaşan birinin hazırlığı var davranışlarında.
28 Mart, 23’cü Saat: 12:14 Universitetin həyətində tək başıma oturub gələn keçənlərin baxışlarına məruz qalıram, lakin qəribədir ki, bu dəfə özümü tək hiss etmirəm, içərisində olduğum vəziyyətdən utanmıram. Daxili narahatçılığına bədəni daima reaksiya verən biritək yenə boğaz gıcıklanmalarım və öskürəkdən boğulmalarım başladı, beləliklə, tək kəlimə etmədən suyumu, salfetkamı və telefonuma götürərək çıxdım otaqdan. Aşağı, həyətə doğru ilərlərkən heç bir düşüncə yox idi artıq ağlımda, sadəcə bir qaçış idi. Niyə burada olduğumu belə bilmirəm hazırda, arada səssizliyə bürünən həyət ara-ara iki-bir, üç-bir tələbələrin varlığı ilə səssizliyini pozur. Bu xırda gürültüdə tək xoş gələn quşların səsidir. Tələbələrin bəziləri aralarında müəllimlərdən şikayətlənkən, biri telefonda ailəsi ilə danışır, kəsirləri, yay məktəbi üçün əlavə pulu ödəyib-ödəyə bilməyəcəklərini soruşur. Belə bir halla üzləşmədiyim üçün özümü xoşbəxt saymalıyam mı əmin deyiləm, hər halda 4 ilin 3 il-yarımı uğurlu keçsə də hazırda qabaqda bitirməli olduğum bir neçə ayım daha var. Və həyat mənə heç nədən əmin olmamağı çoxdan öyrədib. Hazırda yanımdakı skamyada oturub boş-boş deyinən qızların getməsi ən böyük arzumdur. Bəzi insanlar necə də qəddardır, oturub kədərə boğulmağıma belə imkan vermirlər. Ağlımdakı ilə həyatımdakı fərqlidir. Ümumən, ağlımda nə var ondan mən xəbərdar deyiləm. Vaxtı ilə onun bir müddətlik yaşadığı Neftçilərdə sonuncu kurs tələbəsi kimi universitetin həyətində telefonumun yaddaşına boş-boş şeylər qaralayıram. ……, hardan düşdün yadıma ?!
İndi get həsrətini başqa bir aşiq çəksin, Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm ! Gözləməkdən yolunu yaxşı qurtardım özümü, indi heç bir gözəl eşqində nigaran deyiləm. Könlümü güclə xilas eyləmişəm zülfündən, Daha xatircəməm, eşqində pərişan deyiləm.. Qəzəllər
Mən sənsiz ölmədim, məni bağışla !
“Ölmədim” deyirəm, nə bilim axı,- Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Ramiz Rövşən