Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyim heç zaman səni.
Unudar fikir də , xəyal da, təkcə
Unutmaz ürəkdə sevən sevəni
Mən özüm özümə "unut!" dedikcə,
Özümü unudub tapıram səni...
"Unudum" deyirəm, ancaq nə fayda?!
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir,
Qəzəbim sel kimi aşıb-daşsa da.
Bəxtiyar Vahabzadə
“Gördüğün gibi sevgi kısa bir süreliğine de olsa paylaştığında o her zaman kalbinde yaşıyor.”
Ve ben…
Kalbimde bir odayı kitlemiş ve orada bir başkası için bir mum yakmıştım.