Təbii ki, bu zaman hər hansı müştərək həyatdan söhbət belə getmirdi. Kişilər üçün evdə bir qadın olmalı, qadınlar isə "münasib qismət"i qaçırmamalı idilər. Bu izdivac mikrobu evləndikdən sonra fəaliyyətə başlayırdı. Əvvəllər bir xeyli əməlləri olan yüksəlmək, özünü göstərmək, yaratmaq, imkanı olan kişilərdə bir qələndərlik, laqeydlik yaranırdı. Evdə sözün demək əsla imkanı olmayan səviyyəsi, əxlaq anlayışı, dünya görüşü və vədişləri tamamilə sərgi bir məxluqla daimi bərabarlik isə insanı evdən kənar, həyatından da bədbinləşdirir və insanlara inamını azaldır.
Mən ərəb xalqına düşmən deyiləm. Lakin onların, xalqların mədəniyyətinə olan vəhşicəsinə təcavüzləri məndə o xalqın rəhbərlərinə qarşı silinməz nifrət oyandırmışdır. Onlar xalqların mədəniyyətini yıxdılar, əvəzində isə onlara din və məzhəb verdilər
- Əcəba, bir insanı, bir şəxsiyyəti bu qədər təhrif etmək olarmı?! Çünki insanlara layiq olmadıqları sifəti verib tərif etmək- təhrif etməkdir.
Şair burasını bir kərəlik bilməlidir ki, mədhnamələri ancaq axmaq adamlar sevə bilərlər.