Türkanə Zeynalova

Sükutun pərdə arxası-“yar”ımçıqlıq haqqında
Həyatın, insanların, cəmiyyətin bizə uşaqlıqdan israrla diktə elədiyi bir mistika var-yarımçıqlıq… Kimə baxırsan, hamı eyni düşüncələrlə, ən vacib bir şeyini itirmiş kimi, gözü yol çəkərək, daim nəyinsə axtarışındadı. Özünün yarım olduğunu, tamamlanmadığını düşünən insanın isə bir lənəti var; digər “yarımçıqları” özünə çəkmək. Əslində qınamıram, çünki bütün qədim əfsanələr, nağıllar, ədəbiyyatımızdakı şeirlər, mahnılar hamısı bu barədədir. Öz yarını tapmaq haqqında… Hətta bizi lapp çox istədiyinə inandığımız doğmalarımızın duaları, arzuları da belə başlayır: öz yarını tapasan:) Bəs doğrudan da hər kəs yarımçıqdır mı, ya da hər kəs tamamlanmalıdır mı? Məncə, bir insanın tamamlanmaq üçün ikinci birinə ehtiyacı olmamalıdır. Çünki iki yarımçıq heç vaxt bir tam olmur. Bu riyaziyyatda da belədir; 0.5x0.5=0.25 Yaxşı, yaxşı ciddi olacam:) Yarımçıq olduğunu düşündüyü üçün özünü kiməsə “yapışdırmağa” çalışan insan nəinki tamamlanmaq, daha da azalır. Bu bilirsən nəyə bənzəyir? Elə bil, bir puzzle qurursan, amma bir parça çatışmır tamamlanması üçün. Sonra bir parça tapırsan, fikirləşirsən ki, bu sənin puzzle-ındakı boşluğa uyğundur.(həmçinin, o da öz yarımçıq puzzle-ı üçün səni tamamlayıcı parça olaraq görür) Sonra baxırsan ki, yox nəsə düz gəlmir, tam oturmur, belə olanda da iki tərəfdən biri (bəzən ikisi də) nələrdənsə keçir, fədakarlıqlar edir. Həmin o “yarımçıq” hissəyə uyğun gəlməyən tərəflərini yonur, özünü o boşluğa uyğunlaşdırır. Ya da bu biri tərəf özündəki o “yarımçıq” hissəni daha genişlədir ki, “tamamlayıcı” parçaya uyğun olsun. Kəsilib-biçilərək, yonularaq özlərini tamamlandıqlarına inandırırlar. Hə,- deyirlər- bu dəfə oldu:) Amma sonra böyük rəsmə baxanda nə görürlər? - o “tamamlayıcı” hissəni bir təhər öz yarımçıqlığına uyğun formaya salsa da, rənglər heç o rənglər
İnsan ve Duygular
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
«5 dəqiqə»
Əyil, görən yoxdur, utanma… Öp otları, öp yaşıl, göy rəngi, Sonra dodaqlarını gün işığına daya, Vidalaş, vidalaş… Ayrılıqlardan ən pisi; özünlə ayrılıq başlanır indi. Bir daha bundan sonra, yaşıl rəng çıxmayacaq qarşına. Gözünə dəyməyəcək indən belə günəş, gün işığı… Qucağına al uşaqlığını beş-on dəfə öp üzündən-gözündən. Sonra get, get… Dönüb baxma geri, Baxma arxanda qalıb ağlaya-ağlaya; “məni də apar, məni də apar, məni də apar”-bağıran uşaqlığına.
Şiir
Nə demiş şair;
“Heç qoşalar uçmur qoşa, Tənha uçan tək sənsənmi?” (Musa Yaqub-Payız durnam)
Şiir
Deyir ki;
İllərin düşmənindən yox, saatlarla rəsminə baxdığından qorx. Kor olmaqdan yox, rəsmində ancaq gözlərini gördüyündən qorx. Hər şeyini almaq istəyəndən yox, hər şeyini vermək istədiyindən qorx. Qorx ki, qala biləsən özündə, İtmə gözlərində. Qorx ki, gedə biləsən istəyəndə, Barmaq uclarına qədər sevmə. Qorx və qaç. Yoxsa itirəcəksən...
Şiir