Türkanə Zeynalova

Türkanə Zeynalova
@Qaralama
«Home isn’t always a place is it?»
10/10
·128 syf.··
2024 6. kitabı
Fevral ayında rəfimdə olan heç bir kitabı oxumadım, bu kitab sifarişim əlimə çatana qədər. Bu ay oxuyacağım ilk kitab bu olsun istəmişdim. Son illərdə ən bəyəndiyim kitablardan biri oldu; Əsas hadisələr itkin düşmüş(evini axtaran) bir oğlanın qarlı və kimsəsiz düzlükdə təkbaşına addımlaması ilə başlayır, daha sonra onun bu yolçuluğuna sıra ilə köstəbək, tülkü və at qoşulur. Kitabın 70%-ni rəsmlər təşkil edir ki, bu “yazarın” əslində rəssam olması ilə bağlıdı. Charlie Mackesy tərəfindən yazılan ilk və tək “cizgi-roman” sayılır. Daha sonra eyniadlı qısa(35 dəq) animasiya filmi də çəkilmiş və Charlie Mackesy həm də filmə rejissorluq etmişdir. Kitabı oxuyandan sonra filmi izləməyinizi də şiddətlə tövsiyə edirəm. Mənimsə kitab barədə deyəcək bir-iki sözüm var; Bəzən hamımız zaman-zaman öz evimizi itirmişik kimi hiss edirik, getdiyimiz yolda bir anlıq durub düşünürük, “bu yol məni hara aparır” deyə. Həmin anlarda xatırlamalı olduğumuz bir gerçək olduğunu kəşf etdim bu kitabı oxuyanda: “İnsan əgər öz yolunu(özünü) itiribsə, irəlilədiyi yolda tapdıqları nə qədər dəyərli olur olsun, özünü tapmadan heç nəyi tapmış sayılmır. Bəzən gerçəkləri, reallıqları özümüzə deyəcək cəsarətimiz olmur, bizim ən qəddar olduğumuz anlar özümüzü qınadığımız anlardı. Kitabı oxuyanda özünüzü görəcəyiniz bir(və ya bir neçə) xarakter olacaq. Bəzən itmiş oğlan, bəzən “obsessed” köstəbək, bəzən səssiz və təmkinli tülkü və bəzənsə anlayışlı və güclü at… Kim olursunuz olun, bu halınızla yetərli olduğunuzu xatırlayın. Filmdə və kitabda ən sevdiyim hissələrdən biri bu idi: çay daşlarının üstündə oturan uşaq, əyilib sudakı əksinə baxır və köstəbəyə sual verir; “Isn't it odd? We can only see our outsides, but nearly everything happens on the inside” (“Tuhaf değil mi? Sadece dışımızı görebiliyoruz ama
İnceleme
The Boy, the Mole, the Fox and the HorseCharlie Mackesy · HarperOne · 20195,6bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Aşk ve müze
9/10
·520 syf.··
2023 3. kitabı
·
15 günde okudu
·
Okunma: 11 Ekim 2023 00:00
Bu kitab mənim üçün çox dəyərli olan iş yoldaşımın hədiyyəsi idi. Və kitabı mənə verəndə “Ümid edirəm, bir gün “Masumiyyet Müzesi”nə də gedərsən” demişdi.(kitabın 485-ci səhifəsində muzeyə giriş üçün tək səfərlik bir bilet olduğundan xəbərsiz idim) İndi isə çox təsirləndiyim, bəzi səhifələrində ağladığım, bəzi anlarda özümü tapdığım(yazarın və baş qəhrəmanın da dediyi kimi), bəzi anlarda durub dərin-dərin düşündüyüm və nəticələr çıxardığım romandan çox da spoiler vermədən bəhs edim: Kitab, “Hayatımın en mutlu anıymış, bilmiyordum” cümləsi ilə başlayır. Ədəbi baxımdan tam bir Orhan Pamuk qələmi ilə, bütün incə detallar düşünülərək yazılıb və 1950-1990-cı illər İstanbul həyatı ustalıqla əks etdirilib. İlk baxışda klassik varlı oğlan və kasıb qız sevgisi kimi görünsə də, əsər irəlilədikcə əslində o məsum(altını xətləyərək yazıram) və dərin sevginin gerçəkliyini hiss etdirir. Kemal və Füsunun sevgisi(ya da sadəcə Kemalin mi deməliyəm bilmirəm) illər sonra belə oxuyarkən insanı olduğu zamandan, məkandan qoparıb başqa bir dünyaya aparır. Kitabı oxuyarkən bunun bi roman olduğunu, əsl yazarın Orhan Pamuk olduğunu unudub, bütün hekayəni Kemalin(baş qəhrəmanın) dilindən, gerçək həyat hekayəsiymiş kimi oxuduğum və necə deyərlər əsərin içinə girdiyimin fərqində olmadığım üçün son səhifələrdə ciddi bir şok yaşadım deyə bilərəm:) Tək təsəllim Kemalin oxuyuculara son cümləsi oldu: “Herkes bilsin, çok mutlu bir hayat yaşadım” Və “Kaş ki, bir roman daha olsaydı, Füsunun dilindən yazılan. Onun bu duyğuyla necə başa çıxdığını(çıxa bilmədiyini) danışdığı” deyirəm…
İnceleme
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,3bin okunma
Huzursuzluğun kitabını yazdıran bi kitap:)
9/10
·680 syf.··
2023 1. kitabı
·
104 günde okudu
·
Okunma: 08 Nisan 2023 21:43
Bu kitab yazarın ölümündən sonra ortaya çıxan sandığındakı yüzlərlə əlyazmanın toplamı, bir növ Pessoanın bioqrafiyası və ya gündəliyidir-deyə bilərik. İndisini qoruyan, keçmişindən qurtula bilməyəcək qədər keçmişə həbs olmuş və gələcəyini görmək istəməyəcək qədər gələcəyə “takıntılı” bir adamın həyatını öz dilindən oxuyuruq. Bu günə qədər ən çox “alıntı” paylaşdığım kitablardan biri oldu. Adından da göründüyü kimi, oxumaq səbr tələb edir. Dəfələrlə yarımçıq qoyub, başqa kitaba keçmək istədimsə də, sonda yenə vazkeçib bu kitaba qayıtdım. Kitab bir dərzi dükanında mühasib işləyən adamın həyatından, daha doğrusu, o həyatı hansı pəncərədən gördüyündən danışır. Bəzi nöqtələrdə baxış bucaqlarımız heç uyuşmasa da, demək olar ki, 80% fikirləri günümüz cəmiyyəti və insanı üçün hələ də aktualdır. Tək sevmədiyim nüans tərcümə şəkli oldu. O qədər qarışıq və uzun cümlələrdən ibarətdir ki, bəzi səhifələri anlamaq üçün təkrar-təkrar oxudum. Siz də oxuyanda eyni şeyi yaşayacaqsınız. Çünki, romanlardan fərqli olaraq bu kitab bir “anlatı” sayılır və bir-biri ilə tutuşmayan paraqraflar çoxdur. Oxuyacaq olanlara xoş mütaliələr.
İnceleme
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 201714,5bin okunma
Spoiler var:)
1/10
·250 syf.··
2022 5. kitabı
Əvvəlcə onu qeyd edim ki, oxuduğum kitablar barədə nadir hallarda incələmə yazıram. Bu kitabın isə tərifini son günlərdə çox eşidirdim və demək olar ki, hər gün sosial mediada reklamları ilə qarşılaşırdım. Xəzər Süleymanlını bir qitaətçi kimi, Aqşin Evrəni isə şair kimi tanıyırdım çox öncədən. Və yaradıcılıqları ilə müəyyən qədər tanış idim. Ona görə bütün bu təriflərin və reklamların fonunda, bu iki sənətkarın ortaq ərsəyə gətirdiyi romandan da gözləntilərim çox idi. Amma nə düşündüyüm qədər dərin, nə öyrədici roman deyildi. Romanı oxunaqlı edən tək nüans, davamlı olaraq bir-birini təqib edən “sirr silsiləsi” idi. Yəni oxuyursan, 50 səhifə sonra baxırsan ki, yox əslində o onun oğlu deyilmiş, bu bunun əmisi yox atası imiş və sairə və ilaxır:) İçində o qədər sosial media gündəmində dolu olan mövzular var idi ki, yəni bunu bir də kitabdan oxumağa gərək yox idi, məncə. Məs; telefonlar, internet, insanların bir-birindən uzaqlaşması, əvvəlki kimi get-gəlin olmaması, nəbilim belə mövzular, hətta poz-qazan lotoreyası:) Sırf kitab olsun, səhifə dolsun deyə yazılmış təsiri bağışlayırdı bu hissələri. Hə bir də iki şəxsin “vatsap” mesajlaşma mətnləri. Mətn deyirəm çünki, o cümlələri, nəinki mesajla yazmaq, heç normalda üz-üzə söhbət edərkən qurmaq da mümkün deyil. Müzakirə edilən şey öz taleləri olsa nəysə də, əlaqəsiz bir mövzuda 83 kəlimləlik mətni kim mesajla yazar axııı)) Okay, başa düşürəm, yazıçı əsərdəki surətin dilindən öz fikirlərini ötürməyə çalışır, amma bunu daha real yollarla edə bilərdi. Oxuyanlar məni anlayacaq(səhifə 220-221) Əlavə olaraq romanın süjet xəttində ciddi səhvliklər var idi. Hələ baş qəhrəman(Mehran) özü haqda reallıqları danışmamış, yeni tanış olduğu qız(Nərmin) ona “Yenidən doğuluş” adlı kitab hədiyyə edir və bu cümləni qurur: “Bu kitabda səninlə
Düşünce
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 202199 okunma
10/10
·538 syf.··
2021 25. kitabı
·
22 günde okudu
·
Okunma: 28 Mart 2021 21:21
Və bitti. Mən bir kitab haqda çox danışıramsa ya o kitabı heç bəyənmədiyim, ya da hədsiz bəyəndiyim üçündür. Bu kitab üçün ikinci variant keçərlidir. İlk dəfədir ki, bir kitabı bu qədər uzun müddətə bitirirəm. Kitaba başlayandan bitirənə qədər araya 10 kitablıq Stefan Zweig serisi girdi:) İndi keçim əsas məsələyə:) Əvvəlcə onu qeyd edim ki, kitab yazıçının 20 ildən çox çəkən psixoloji araşdırmalarının nəticəsidir (artıq nə dərəcədə dərin olduğunu siz düşünün) “Ağır kitablar” kateqoriyasına aiddir. İçində bir çox psixoloji terminlər var. Amma bu kitabı anlaşılmaz edir mi?- Qətiyyən. Əgər oxumaq istəsəniz Hakan Atalay’ın tərcüməsini oxuyun. Niyə?- Çünki, 8-9 ildi türkcə kitablar oxuyuram amma bu kitabda istifadə olunan tərcümə tərzini daha öncə heç bir kitabda görməmişəm. Kitabın adı bir çoxunuzun diqqətini cəlb edəcək, elə məni də:) Bu kitabda yazar qadınlarla qurdların xarakteristikasının bənzərliyinə toxunur. Bəlkə də, bu kitabı 3 il əvvəl oxusam yarımçıq buraxardım ya da maraqsız gələrdi. Amma son 2-3 ildə yaşadığım ağır şeylərin əksini kitabda görmək məni yaxşı mənada təəcübləndirdi və bu kitabı mənim üçün özəl etdi. Kitabda qadınların həyatı, düşüncələri, seçimləri, psixologiyası, bişeyləri niyə etdiyi, niyə etmədiyi, yaralarını necə sağalda biləcəyi və s. çox dərin mövzulara çox fərqli dillə toxunulub. Sadəcə qadınIarın deyil , bütün insanların başına gələn və gələ biləcək məsələlərə toxunur(üstəlik bunu fərqli hekayələr və rəvayətlər ilə edir) Kitabın sonunda yazarın özünün də oxuyucuları barədə dediyi kimi, “Onlar bu kitabı dikkatle ve yakından ve bir kereden fazla okudular” Bu kitabı bir də 30 yaşımdan sonra yenidən oxumağı düşünürəm. Təbii ki, hər gün açıb oxuyacağım, altını xətlədiyim cümlələr də var. Unutmayın bu bir “kişisel gelişim” “şəxsi inkişaf”
Düşünce
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma