Solmaz Qarazadə

Solmaz Qarazadə
@Qarazade
İngilis dili müəllimi
AUL
Azərbaycan
35 okur puanı
Temmuz 2024 tarihinde katıldı
10/10
·420 syf.··
Beğendi
·
2025 10. kitabı
Kitab məzmunu ilə bağlı az danışacam,ən çox hisslərimi ifadə edəcəm Bu gün bu kitabın sonuna çatdıq.İlk dəfə idiki bu qədər sürətlə bir kitabı bitirdim,ya da bəlkə kitab məni dəhşəti ilə bitirdi,gözlərimi bir saniyə belə ayıra bilmirdim,sanki o anda yaşayırdım,bütün varlığımla hiss etməyə çalışırdım.50 ili 351 səhifəyə necə sığdırılmışdısa heç anlaya bilmədim.Bir uşağın,bir qızın,bir qadının,bir ananın,bir şəxsiyyətin bu qədər dözümü hər səhifəsində məni sarsıdırdı.Doğrudan da analar,yox əslində əsl analar nə qədər güclü imiş,bir qadın kimi bu qədər dözümlü ola bilərəmmi yəni? Bu fikirlər kitabın hər sətrində mənə zərbə vururdu.Mən bərabərliyi hər zaman üstün tuturam,BƏRABƏRLİYİ-eyniliyi deyil.Yəni bu ikisidə eyni məna deyil.Amma bir qadının həyatda bu qədər üzləşmələri məni sarsıtdı.Ətrafımda özünü çox göydə tutan qadınlara baxanda çox heyifslənirəm.İstəyirəm üzlərinə baxıb bir kəlmə deyəm,amma heyif... Azadlığın,müstəqilliyin,inkişafın nə olduğunu qarışdıran insanlara baxanda ....Çox heyif Oxumağa dəyər bir kitabdı,bilmirəm kimlərsə oxuyub mənə haqq verəcək,kimlərsədə sadəcə oxuyub gedəcək,sən hələ uşaqsan,ona görə sənə təsir edib deyəcək,bəlkədə mən hələdə beləyəm...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,407 okunma
Reklam

Solmaz Qarazadə

, bir kitap okudu
10/10
·420 syf.··
Beğendi
·
2025 10. kitabı
Parinoush Saniee
9.2/10 · 2.407 okunma

Solmaz Qarazadə

, bir kitap okudu
Puan vermedi·360 syf.··
267 günde okudu
·
2025 9. kitabı
Cafer Cabbarlı
9.1/10 · 94 okunma
Reklam