• exulansis 〄

• exulansis 〄
ᴛʜᴇ ᴄᴀᴘᴀᴄɪᴛʏ ᴛᴏ ʟᴇᴀʀɴ ɪs ᴀ ɢɪꜰᴛ; ᴛʜᴇ ᴀʙɪʟɪᴛʏ ᴛᴏ ʟᴇᴀʀɴ ɪs ᴀ sᴋɪʟʟ; ᴛʜᴇ ᴡɪʟʟɪɴɢɴᴇss ᴛᴏ ʟᴇᴀʀɴ ɪs ᴀ ᴄʜᴏɪᴄᴇ.
KARMA haqqında bildiyinizi unudun
Puan vermedi·280 syf.·
2024 5. kitabı
Karma, insan, düşüncə, duyğu, həqiqət, taleh... Yuxarıda sadalananlar maraq doğurursa oxunulacaq kitabdır. Karma haqqında yalnış bilinən tərifləri təkzib edib nə olduğunu geniş şəkildə izah edir. Karmadan necə xilas olacağımızın metodlarını öyrədir. Əslində yeni öyrənə biləcəyimiz çox şey də vəd etmir. Təcrübəyə və qədim bilgiyə əsaslanan praktikalar, düşünmə, yaşama metodları. Sadəcə xatırlamaq lazımdır(Sokrat). Və bir nöqtəni qeyd edərdim - mənəvi yolu təqdim edən (dini və ya fəlsəfi olsun fərq etməz) bütün inanc və düşüncə yollarının əslində heç də ayrı olmadığını bir daha yəqin etdim. Hamısı bir həqiqəti anlamağa, fərqli şəkildə izah etməyə çalışır. Bir çox ortaq nöqtələr gördüm və digər yollarda aydın olmayan izahların burada izahını tapdım.(İddia edildiyi kimi olduğunu hesab etsək) Kitabda mövzusu etibarilə bir çox terminlərdən istifadə edilib. Tərcümə ümumilikdə pis deyildi, mövzu dilimizə maksimum dərəcədə başa düşüləcək şəkildə tərcümə edilib. Ancaq bəzi yerlərdə çox sadə tərcümə səhvləri ilə rastlaşdım ki, bu da məni çox təəccübləndirdi. Çünki bu cür mətni, mövzunu tərcümə edəsən, ancaq çox sadə bir yerdə səhv tərcümə edəsən. Kitabın üz qabığındakı tərcümə də doğru kimi gəlmədi mənə. Kitabda səhv tərcümə olunanlardan bir cümlə belə idi: "Məhəllədə "ağır-metal" oynayan gənclər varsa, siz ekstaza düşə bilərsiniz, babanız isə əsəbiləşə bilər!" Nəyin isə düz olmadığı o dəqiqə aydın oldu. Tərcüməçinin bəyəm rokdan xəbəri yoxdur? Yoxsa playing ifadəsinin işlənmə yerinə görə başqa cür də ifadə olunacağını bilmir? İngiliscə mətni internetdən tapdım: "If there are some young people next door playing heavy-metal music, you may go into ecstasy, but your grandfather may have a nervous breakdown!" Təəssüf, yanılmamışam.
1000Kitap
KarmaSadhguru Jaggi Vasudev · 010 okunma
Reklam
8/10
·312 syf.·
2022 7. kitabı
İqtisadiyyat/maliyyə sahəsində və ümumiyyətlə pul barəsində qərarlar alarkən adətən məntiqlə hərəkət edildiyini və bu işlərin ağır hesab-kitab, qanun/qaydası olduğunu düşünənlər üçün yazar əslində bunun heç də belə olmadığını açıqlayır. Psixologiyamızın davranışlarımıza bu sahədə də təsirini qeyd edir. Ona görə də yazar bu cür işlərin zəka, təhsil ilə o qədər də əlaqəli olmadığını, əsasən bir neçə davranışa yiyələnib, onları tətbiq etməklə istənilənin əldə oluna biləcəyini deyir. Bu davranışları 19 ana başlıqda və hər başlıqda qısa, yaşanmış hekayələrlə çox sadə dildə çatdırır. 19-cu başlıqda ümumiləşdirmə edərək, əvvəl öyrəndiklərimizin qısaca təkrarına yer verib. Bonus hesab elədiyim 20-ci bölümdə öz pulunun psixologiyasından bəhs edir. Və sonda Amerikanın müasir istehlakçı psixologiyasının qısa tarixini analiz edir. (Bu hissəni çox oxuyucunun bəyənəcəyini düşünmürəm.) Keçsək kitabda irad tutacağım məqamlara, təkrarlara yer verilməsi ilk deyəcəyim olar. Eyni cümlələrin təkrarı və fərqli başlıqlarda olsa belə, məğzin eyni yerə gəldiyi məqamlar da var idi. Daha sonra yazıların ehtiyac görmədiyim halda çox uzanması, açıqlama verilməsi də daxildir. Nəticədə aralarında bildiyimiz, amma təkrarən öyrənməkdə fayda olan məlumatlar ilə birgə yeni öyrənəcəyimiz biliklərlə qarışmış bir kitab.
1000Kitap
Paranın PsikolojisiMorgan Housel · Scala Yayıncılık · 20212,742 okunma
3/10
·192 syf.·
2022 5. kitabı
Kitabı bir cümlə ilə ifadə etsək, ikili əlaqələr arasındakı "dikili" vəziyyətlərdən bəhs edir. Bu ikili əlaqələrə təkcə sevgi-məhəbbət baxımından iki əks cinsin nümayəndələri yox, iş yoldaşları, dost-tanışlar və s. da aiddir. Haluk TATARın Zafer Sızlanarak Kazanılmaz kitabını bir neçə il əvvəl oxuyub bəyənmişdim, ancaq təəssüf ki, bu kitabı yaxşı təəssürat oyatmadı. Bəlkə də hər şeyin zamanı var və bu kitab artıq mənə xitab etmir, bildiklərimi və hətta adını çəkdiyim ilk kitabındakı mövzulardan sadəcə biri üzərinə (daha dərinləməsinə olduğu iddia edilir) yazılmışdır deyə bilərəm. Yenicə yetkinlik yaşına çatmışlar üçün daha çox şey ifadə edə bilər. Sonda fikrimi belə ifadə edim, əgər ilk kitabını oxumusunuzsa, buna ehtiyac olmayacaq deyə düşünürəm.
1000Kitap
Dikili İlişkilerHaluk Tatar · İnkılap Kitabevi · 20201,440 okunma
Populyar bir kitab daha yanıltdı məni
4/10
·184 syf.·
2022 4. kitabı
Düzünü desəm gözləntim çox deyildi. Çünki aşağı-yuxarı ədəbiyyatdan möhtəşəm bir nəticə nadirən çıxır. İçərisində olanların çoxu lazımlı deyil kimi gəldi və lazımlı hissələri də düşünmürəm ki, dünyagörüşü olan şəxs ordan öyrənsin. Əvvəldən bildiyi (uşaqlarla bağlı) qayda/hərəkətlər vardır hər halda.Və məncə boşuna şişirdilmiş bir kitabdır
1000Kitap
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275bin okunma
Tənbəllik Hakkı
Puan vermedi·63 syf.·
2022 3. kitabı
Kitabın adı insanı cəlb edir. Xüsusən də kitabın bəzi yerlərində qeyd olunan fikirləri oxumazdan əvvəl özü həmin qənaətə gələn mənim kimi oxucuları. Kitab çox qısadır, ancaq ələ aldığı məsələ böyükdür. Təbii haldır ki, yazar yaşadığı dövrə (1842-1911) aid problemlərdən bəhs edir və bəzən isə daha da dərinləşir. Bu hissələri oxuyarkən sırf o dövr problemi olduğu üçün bəzən sıxır oxucunu. Ancaq nəzərə alsaq ki, əsər bu günümüzə belə xitab edir, yazarın kəskin şəkildə tənqid etdiyi iş rejimi problemləri (bunların insanlara fiziki və mənəvi zərərləri) indiki vəziyyətlə səsləşir, deməli yazarın aktual və vacib məsələyə toxunduğu dəqiqdir. Mütləq oxunacaq əsərdir deməzdim, ancaq oxuyarkən yeni fikirlər yarana bilir. Tənbəllik haqqından günümüzdə necə yararlana bilərik? Bax bu mənə hələ də qaranlıq qalır. İşdir, çıxış yolu tapsanız, aşağıda qeyd edin, fikirləriniz maraqlıdır.
1000Kitap
Tembellik HakkıPaul Lafargue · Siyah Beyaz Yayınları · 201713,3bin okunma