İnsan oğlu yüzə çatan pir ömrü
Yaxşı keçən aya, ilə borcludu.
Qanqal üstə çürüdərdi bir ömrü,
Bülbül nəğmə üçün gülə borcludu.
Naşı tar götürər, Şur çala bilməz,
Daxmanın dərdini bürc, qala bilməz,
Düşsə el gözündən, ucala bilməz,
Sənətkar adını elə borcludu.
Dünya yoldu, ömür keçən qatardı,
Yol boyunca ya çiçəkdi, ya tardı,
Çirkablar içində itib batardı,
Sona gözəlliyi gölə borcludu.
Elşən, övlad keçmişini danmasın,
Hər yamacı qarlı zirvə sanmasın
Çox da mənəm deyib havalanmasın,
Saz öz dəyərini telə borcludu.
Həssas qəlbin nəğmələri kövrək olar, həzin olar,
Dağdan qopan səsin ömrü dağlar qədər uzun olar.
Allah ilə söhbət üçün ilahidən izin olar,
Nəğmə könül yanğısıdı, coşan həvəsdən doğular.
Yetim olandan soruşun, desin ki, "Segah"-da nə var,
"Şüştər" nədir, "Şur" nə deyir, "Rast"-da, "Çahargah"-da