Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ramazan Tağıyev

Ramazan Tağıyev
@Ramazan_Tagiyev
Bakı Dövlət Universiteti / Hüquq fakültəsi
255 syf.
·
Puan vermedi
·
6 günde okudu
İncəsənət və reallıq... Utopiyanın həzzverici möhtəşəmliyi və gerçəkliyin əzabverici eybəcərliyi... və əxlaq – heç şübhəsiz, bunlar həyat adlı böyük rəsm əsərinin elementləri, biz isə bu rəsm əsərində yer alan personajlarıq. Reallıqla yaşadığımızı söyləsək də, absurd yalanlara özümüzü inandırırıq. Məsələn, bizə elə gəlir ki, keçmiş arxada qalıb və
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Kastaş Yayınları · 200373,6bin okunma
Reklam
188 syf.
10/10 puan verdi
·
9 günde okudu
Keçmişin ictimai quruluşu 3 dayaq üzərində dayanırdı: ruhani, hökmdar, cəllad... əsrlər öncə insanlar sorğulamağa başladı, buna görə də bir səs ucaldı: "Allahlar gedirlər!" Yaxın zamanda insanlar öz dəyərlərini tam mənası ilə anladı, heç kim tərəfindən kölə halına salına bilməyəcəyini dərk etdi. Buna görə də başqa səs gəldi:
Edama Məhkumun Son Günü
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq imzalar · 0121,2bin okunma
128 syf.
·
Puan vermedi
·
99 günde okudu
Diktaturaların qorxduğu iki əsas şey: ədəbiyyat və musiqi. İstər musiqidə, istərsə də ədəbiyyatda edilmiş istənilən yeniliyi despot quruluş özünə təhlükə olaraq görür. Ya atacağı addımları bu yeniliyə süni şəkildə uyğunlaşdırır, ya da bu yeniliyin səsini bir yolla batırmağa çalışır. Sözümün canı nədədir? Keçən yay Bulqakov qələmi ilə tanış
İt Ürəyi
İt ÜrəyiMihail Bulgakov · Qanun nəşriyyatı · 018,9bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
176 syf.
·
Puan vermedi
·
35 günde okudu
Qara dəliyi tək kosmik vahid kimi yox, bir metafora kimi düşünün. Hər birimiz həyatımızda azı bir dəfə o dəlikdən keçirik. Həmin an bilirsiniz nə olur? Məhv olmuruq. Əksinə, həqiqətə qovuşuruq. Şansın, xoşbəxtliyin, insanların, ümumiyyətlə heç kəsin və heç nəyin bizimlə olmadığını görürük. Ümidsizlik, əlacsızlıq, sonsuz bir güvən hissini qəflətən
Yeraltından Qeydlər
Yeraltından QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019129,1bin okunma
236 syf.
10/10 puan verdi
·
57 günde okudu
Bəzən distopik əsərlərin rolunu küçümsəyirlər, distopik ədəbiyyatın faydalı olmadığı barədə fikirlər irəli sürürlər. Amma unutmamaq lazımdır ki, distopiyalar tamamilə reallaşa biləndirlər. Həyat distopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında distopiyalardan qaçmaq, daha az "mükəmməl", daha çox
Cəsur Yeni Dünya
Cəsur Yeni DünyaAldous Huxley · Başla Kitab Nəşriyyatı · 201460,6bin okunma
Reklam
418 syf.
10/10 puan verdi
Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və
Aclıq Oyunları
Aclıq OyunlarıSuzanne Collins · Qanun Nəşriyyat · 201428,9bin okunma
464 syf.
·
Puan vermedi
·
35 günde okudu
"Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə heç vaxt! Fərz edək ki, sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir. Ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 20147,2bin okunma
642 syf.
10/10 puan verdi
·
13 günde okudu
"...Pikerinq siyasətçiləri müvəqqəti adamlar hesab edirdi. Şahmat fiqurları kimi, onlar taxtanın ağ və qara xanaları üzrə sürətlə keçib gedirdilər. Əsl oyunçularsa, onun özü kimi adamlar qalırdılar. Bir sözlə, siyasət qəddar biznesdir"... Klassik Den Braun əsəri. Onun əsərləri ola bilsin ki, sizin özünüinkişafınıza fövqəladə qatqıda bulunmasın. Amma yazarın sehrli qələmi olduğunu qeyd etməliyəm. 600 səhifədən ziyadə ölçüsü olan kitab ilk baxışda sıxıcı təsir bağışlasa da, heç də belə olmadığı tez bir zamanda bəlli olur. Birnəfəsə, həyəcanla oxunan triller düşünün. Əsərdəki hadisələr Yankilərin çox qədim bir məsəli ətrafında dövr edir desəm, yanılmaram: "Həqiqəti de və nə olur, qoy olsun!" Əsərdə prezident növbəti seçkiqabağı kampaniyasında uğursuzluğa düçar olduğu üçün sadə camaatı aldatmaqla böyükmiqyaslı hiyləyə əl atır. Onun tərəfində duran obrazlar isə bütün çətinliklərə rəğmən həqiqəti bütün dünyaya çatdırmaq uğrunda mübarizə aparır və qələbə qazanırlar. Çoxşaxəli bir əsər olmasına baxmayaraq olduqca axıcı və maraqlıdır. Dedektiv tipli romanlar oxuyanlar üçün məsləhətli bir əsər hesab etmək olar.
Yalan Nöqtəsi
Yalan NöqtəsiDan Brown · Qanun Nəşriyyatı · 201313,4bin okunma
38 öğeden 31 ile 38 arasındakiler gösteriliyor.