J.Ram

J.Ram
@Ramillla
10/10
·428 syf.··
Beğendi
·
2024 3. kitabı
·
27 günde okudu
·
Okunma: 12 Mayıs 2024 22:10
"Mənə elə gəlir ki, ölüm ani olduğu kimi, yaşamaq da anidir. Gözlərini yumursan və ruhuna çökmüş bütün mənasız qorxuları özündən qovursan. Sonra, qorxularından azad olub, həqiqətən yaşadığını hiss edəndə öz-özünə sual verirsən: mən kiməm? Əgər qorxularım və şübhələrim olmadan yaşaya bilsəydim, nə edərdim? Aldadılmaq qorxusu olmayan bir insan ola bilsəydim? İztirab çəkmək, yaralanmaq qorxusu olmadan sevə bilsəydim? Bu günümdən zövq alıb sabah bu zövqdən məhrum olacağımı düşünməsəydim? Zamanın keçməsindən və sevdiklərimi mənim həyatımdan qoparmasından qorxmasaydım? Bəli... Nə edərdim? Necə yaşayardım? Kimin qayğısına qalardım? Nəyin mübarizəsini aparardım? Hansı yollardan keçərdim? Necə xoşbəxt olardım? Məni narahat edən müəmmaları necə çözərdim? Qısası, necə yaşayardım?"
1000Kitap
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 015,1bin okunma
Reklam

J.Ram

, bir kitap okudu
10/10
·428 syf.··
Beğendi
·
27 günde okudu
·
2024 3. kitabı
Matt Haig
7.9/10 · 15,1bin okunma
- Mən yenə də qorxuram...Zamandan. -Sən niyə zamandan qorxasan ki? Axı sən hələ uzun illər, əsrlər yaşayacaqsan. - Məsələ də elə bundadır... Bir gün sən mənim yanımda olmayacaqsan. - Gör sən gələcəyi düşünməyə və bununla bağlı narahat olmağa nə qədər vaxt sərf edirsən... - Burada nə var ki? Axı gələcək naməlumdur. Nə olacağını bilmirsən, ona görə də narahat olursan. - Haqlısan, gələcək həmişə naməlumdur, ancaq həmişə qorxulu deyil. Gələcəyə baxma, indiyə bax. Bizə bax. Gələcək bax budur.
Alıntı
Sən həyatdan təcrid olunaraq yaşaya bilməzsən, həyata toxun ki, o da səni yaşatsın.
Alıntı
Sevgi olan yerdə həyat məna kəsb edir,qorxunu dəf edib sevmək və yaşamaq lazımdır...
Alıntı
Reklam