Biz keçmişimizi də özümüzlə gəzdiririk. Hər yerdə keçmişimizi görürük. Bəzən bu bizə təhlükə yarada bilər, ona görə də bir-birimizə kömək etməliyik....Yadında saxla, keçmiş heç vaxt keçmişdə qalmır. Həmişə səni izləyir və hər an qarşına çıxa bilər.
Cahillik və nadanlıq bizim düşmənimizdir. Nəticəsini fikirləşmədən etdiyimiz hərəkətlər necə böyük faciələrə səbəb olur...
Cahillik və nadanlıq hər dövrün özünə uyğun olaraq dəyişir və hər zaman vardır. Hər zaman da ölümlə nəticələnir.
- Bəs o vaxtdan bəri həyatında başqa heç kim olmayıb?
- Yox. Olmayıb. Ondan sonra həyatımda başqa qadın olmayıb.
- Səbəbini bilmək olar?
- Elə bir səbəbi yoxdur... Sadəcə, başqa qadın olmayıb... Vəssalam...
-Deyəsən, qəlbin hələ də sızlayır...
-Sevgi olan yerdə həmişə qəlb sızlayır...Yaxşısı budur ki, sevməyəsən...
Bəzən dəyişikliklər və yeniliklər yaxşılığa doğrudur, bəzən isə əksinə. Bəzən isə müəyyən yeniliklər həm faydalı, həm də zərərli olur, məsələn, internet kimi...
Həyat da eynilə belədir. Məsələ burasındadır ki, əgər sənin itirəcəyin bir şey yoxdursa, onda yenilik və dəyişikliklərdən qorxmağa dəyməz. Dəyişiklik elə həyatın özüdür. Yəni onun kimi daimidir.