J.Ram

J.Ram
@Ramillla
Mən əllərimi göyə açdım, Tanrıya yalvardım, dil tökdüm... Mənim də canımı almasını istədim... Lakin Tanrı məni eşitmədi... Yalvarışlarımı dinləmədi... Kar idi... Laqeyd idi... İnadkar idi... Və Rouz öldü və mənim həyatımda dərin, dibi görünməyən və qaranlıq bir boşluq açıldı. Mən bu boşluğa yuvarlandım... Əsrlər boyunca da dayanmadan dibə doğru yuvarlanmaqda davam etdim...
Alıntı
Reklam
Bir insanı əsl məhəbbətlə sevmək və ondan sonra heç vaxt heç kimi sevə bilməmək, onu heç kimlə müqayisə etməmək çox şirin və gözəl bir duyğudur. Lakin romantizmdən bir qədər kənarlaşıb real gözlə baxanda isə, əslində, dəhşətli bir haldır. Sevdiyini itirəndən sonra illərlə yalqızlıqla üz- üzə qalmaq... Həyatının mənası gedəndən sonra yaşaya bilmək... Bunları dərk etmək çox dəhşətlidir...
1000Kitap
Zaman bizi gözləmir, qəddarcasına irəliləyir və biz qocalırıq...
Alıntı
"Biz kim olduğumuzu bilir, fəqət kim olacağımızı bilmirik."
Alıntı
...əbədiyyət indiki anlardan ibarətdir. Bəs özünü yaşadığın indiki ana sığdıra bilməsən, onda necə? Yaşadığın digər "indiki anlar"ın bir kabustək sənə hücum çəkməsinin qarşısını necə ala bilərsən? Qısası, necə yaşaya bilərsən?
Alıntı
Reklam