Resad

Resad
@Rashadrm
28 Haziran 2001
29 okur puanı
Şubat 2026 tarihinde katıldı
Qorxudan Güclü Olan Tək Şey Arzudur….
Xəyallarını həyata keçirməyi qeyri-mümkün edən tək şey uğursuzluq qorxusudur. İnsan ürəyini dinlədikdə anlayır ki, hər qorxunun arxasında bir xəzinə gizlənir. Çünki ürəyin haradadırsa, xəzinən də oradadır. Və sən bir şeyi həqiqətən istədiyin zaman, bütün kainat onu gerçəkləşdirməyin üçün əməkdaşlıq edir……
1000Kitap
Reklam

Resad

, bir kitap okudu
Puan vermedi·204 syf.·
2026 134. kitabı
George Orwell
8.6/10 · 296,1bin okunma
Bir sözlə dəyişən həyat mümkündürmü?…..
Bir sözü ilə içməzdim, məsələn. Siqaret yandırmazdım. Daha sadə geyinərdim, daha az şəkil çəkərdim. Daha az şikayət edərdim olanlardan, olacaqlardan. Həyata ümidli olardım… Bir sözü ilə dillər öyrənərdim, kitablar oxuyardım, onun xışıltılı ləhcəsində belə danışardım. Hər gün zümzümə etdiyim musiqilərim belə dəyişərdi…
Alıntı

Resad

, bir kitap okudu
8/10
·372 syf.·
Beğendi
·
14 günde okudu
·
2026 133. kitabı
Aysel Şıxlı
8.1/10 · 408 okunma
İnsan özü-özündən qaça bilərmi…..?
Son vaxtlar ətrafımdakı insanlardan eyni sözü eşidirdim: “Getmək istəyirəm”. Hər kəs düşünürdü ki, burdan uzaqlara getsə, o zaman həyatındakı bütün problemlər həll olunacaq. Yaşadığımız bütün uğursuzluqları burda qoyub gedəcəyik, başqa insanlar öncəkilərin yerini tutaraq onları unutduracaq. Ciyərlərimizə çəkdiyimiz havanın ətri belə daha şirin olacaq və yeni həyat bizi xoşbəxtliyə əmin addımlarla aparacaq. Arxamızda o qədər dərd qoyub getmək istəyirdik ki, bəzən o dərdlərin məkandan asılı olmadığını anlamırdıq… Bizdən bir parça olduğunu, mindiyimiz təyyarəyə bizimlə mindiyini, yad küçələrdə bizimlə birgə gəzdiyini, yeni həyatımıza onu da özümüzlə köçürdüyümüzü anlamırdıq. Əslində, arxada qalmırdı o dərdlər. Arxamızca addım-addım irəliləyirdi. Getmək onlardan qurtarmaq üçün çarə deyildi. Beyin qaçmadıqca bədən də onlardan qaça bilməzdi. Qaçmaq, ümumiyyətlə, lazım idimi? Arxaya dönüb, bəlkə, o dərdlərin düz gözünün içinə baxmaq lazım idi? Qorxularımıza güc gəlmək lazım idi?
Sayfa 56·Kitabı okudu
Alıntı