Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rauf Həsənov

Rauf Həsənov
@RaufHesenov1407
İstehlak kreditləri üzrə kiçik mütəxəssis
AzMİU - Menecment
Bakı, Azərbaycan
30 Ağustos 1999
14 okur puanı
Haziran 2021 tarihinde katıldı
Sabitlenmiş gönderi
"Xoşbəxtlik kəpənək kimidir, arxasınca qaçsan, onu heç vaxt tuta bilməzsən, fikrindən daşınıb sakitcə otursan, o, özü gəlib çiyninə qonacaq". Nataniel Hatorn
Reklam
268 syf.
10/10 puan verdi
·
Beğendi
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq
9.6/10 · 80 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Briqada düzülüşü, adətən, Azərbaycan Respublikasının himni ilə başlardı. Himn çalındı. Əynimizdəki forma, daşıdığımız əsgər adı və möhtəşəm himnimizin sədaları altında ucalan vətən sevgisi... Bu an Polad Həşimovun gözündən gələn yaşı görmək çətin olsa da, nisbətən yaxında olduğuma görə sezməyə imkan verirdi. Onun gözlərindən yaş gəlirdi, "Farağat vəziyyətində" himnin əvvəlindən sonunadək... Mən bu halı birinci dəfə görürdüm, lakin bu son deyildi, hər briqada düzülüşündə, himn sədaları altında onun gözündən gələn yaşı dəfələrlə gördüyümü xatırlayıram.
Şəhid olmamışam qabaq da o, həmin postda olub və bir gün döyüşüb, sonra ona deyiblər ki, yorulmusan, get, bir az dincəl. Yuxarı rəhbərlikdən ona israr ediblər. O gedib və iki saat sonra qayıdıb, gəlib. "Niva"-nın arxasını posta çatanda açıb – Qaraqayada. Nə qədər şirniyyat alıb gətiribmiş! Deyib ki, yarısını boşaldın bu postun əsgərlərinə, yarısını da apararam o biri posta. Sonra birdən-birə fikrini dəyişib ki, yox, elə hamısını boşaldın, bilmək olmaz, səhər nə olacaq. Səhər də onu vurdular. Gedib dincəlməyi də bu formada olub: iki saatlıq gedib, dincəlmək adı ilə əsgərlərə bazarlıq edib, posta gətirib.
Reklam
Həyat daha gözəl şeyləri ona verilənlərdən ən yaxşı şəkildə faydalananlara verir.
Sayfa 119Kitabı okudu
İnsan bir şeyi əldə edərkən yox, əldə etməyə çalışarkən xoşbəxtdir.
120 syf.
8/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Xoşbəxtlik İtirdiyin Yerdədir
Xoşbəxtlik İtirdiyin YerdədirAdalet Aliyev
8/10 · 5 okunma
Axı həyatımızda ümidsiz olmağa bizi vadar edən nədir? Niyə də olduğumuz vəziyyəti, yaşadığımız emosiyanı qəbul etməyək? Problemləri böyütməyək, onları özümüz həll etməyə çalışaq. Beynimiz həyatda qalmaq üçün bu qədər çabalayırsa, bu problemlərin də öhdəsindən gələcək, əmin olun.
Reklam
İnsanlarda uğursuzluq qorxusu elə qüvvətlidir ki, yenidən cəhd etməyə belə çəkinirlər. Halbuki uğursuzluq faydaları ilə birlikdə gəlir. Xarakteri dəyişdirir, sizi daha güclü edir. Nəyin faydalı olub- olmayacağını təcrübə etməyinizə kömək edir. Elə dünyanın ən uğurlu insanları da kifayət qədər uğursuzluq görmüş insanlardır.
Əslində, biz öz natamamlığımıza tamlıq donu geyindirmək üçün aşiq oluruq.
Kiçik yaşlardan etibarən sevgi böyük bir şeymiş kimi beynimizə yeridilir. Vəziyyət belə olduğu halda saf insanlar da başlayır ruh əkizini, ağ atlı oğlanını, şahzadəsini axtarmağa. Lakin nə ruh əkizi var, nə də şahzadə
Xoşbəxtlik düşüncədə gizlidir. Eləcə də xoşbəxt olmaq üçün xəyalımızdakılara sahib olmağa da ehtiyac yoxdur. Əldə olanların qədrini bilsək, baş vermiş hadisələrə fərqli baxmağı öyrənsək, məmnun qalarıq.
147 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.