– Başqa kitabları oxumaq istəmirəm. Mən artıq oxumağı bacarıram.
– Sən "oxumağın" nə olduğunu düzgün başa düşmürsən. Oxumaq heç də çap edilmiş işarələri səslərə çevirmək deyil. Oxumaq daha dərinmənalı məşğuliyyətdir. Əsl oxumaq kitabın demək istədiklərini eşitməkdir, o barədə düşünməkdir, çox güman ki, hətta beynində həmin kitabın müəllifi ilə söhbət etməkdir. Kitab oxumaq dünya haqda öyrənməkdir. Sənin arzuladığın dünya deyil, real dünya haqda.