Altıntelli:
- Gedirsən... Bəs mən? Bəs mən?
Zeynalabdin:
-Səni unutmayacağam, başqasıyla gülməyəcəyəm. Əbədiyyətim, səadətim səndədir, bilirəm. Amma qala bilməyəcəyəm. Çağırır məni yollar. Dərvişxislətlik, böyük və gözəl olduğu qədər də zəlil dünyamızı görmək çağırır məni, aparır məni. Yanında qalsam, qalan - bütün hissiyyatdan xali, boş bir bədən olacaq. Ruhum isə... Çox-çox uzaqlarda olacaq ruhum... Sənin kimi duyğulu insan buna dözə bilməz. Dözməz. Qəbul eləməz.