the.muhur

Sevgiylə çəkilən hər bir portret rəssamın öz portretidir; demək olar ki, onu öz balasi kimi sevir; əslində, bu portret rəssamın baxib çəkdiyi adamın ki deyil; rəssam, eslində, pozada olan adama baxmir, o, özünü çəkir.
Reklam
- Təbii olmaq sadəcə, riyadir; və deyim ki, bu riya insan tayfasının ən çox zəhləsini tökən pozadir.
Fiziki və mənəvi cəhətdən mükəmməl olan adamlarin taleyində nəsə qaçilmaz bir sey olur - elə bir məşumluq olur ki, adama elə gəlir o, bütün tarix boyu krallarin ayaqlarini büdrədib. Sənə elə gelmirmi ki, elə ən salamati budur ki, başqalarından fərqlənməyəsən. Bu dünyadan həmişə axmaqlar və eybəcərlər fayda götürürlər.
Gözəllik, əsl gözəllik o yerdə bitir ki, orada düşüncə, idrak baslanir. Düşüncə, fikir öz-özlüyündə şişkinliyin bir növüdür və hər hansi bir sifətin harmoniyasını pozur... insan düsünmyaya başlayanda istər-istəməz burnu uzanir, yaxud alni tarim çəkilir, üzü eybəcər hala düşür. Son bir fikir ver: hər hansi bir elm sahəsinin tanınmış xadiminə, gör onlarin sifəti necə eybəcərdir! Əlbəttə, istisnalar da var bunlari kilsə xadimləri haqqinda demək olmaz!...
...Sənətkar üçün Fikir və Dil vasitədir. Xeyr və Şər isə onun yaradıcılığı üçün sənət materialidir. Forma baximindan bütün sənətlərin örneyi musiqi sənətidir. Hissiyyat baximindan götürsək, aktyorluq sənəti ən həssas sənətdir. Hər bir sənətdə üst qat və ramz olur. Kim ki üst qatin dərinliyinə varmaq istəyir, riskə getmiş olur. Kim ki rəmzlari açmaq istəyir, o da risk etmiş olur. Sənət həyat deyil,güzgüdür və o güzgüyə baxanların əksidir. Əgər sənət əsəri mübahisə doğursa, deməli, onda nəsə təzə bir sey, mürəkkəb və əhəmiyyətli bir şey vardir...
Reklam