Aydın səmadan ilk dolu dənələri yerə düşəndə insanlar bunun nə olduğunu anlamır və bəziləri çaşıb bu dolunu kiminsə üzüyündən düşən brilyant daş bilib yerə əyilir, soyuq buz parçasını barmaqları arasında əzir və ancaq bir neçə saniyədən sonra başa düşürdü ki, bu buzdur.