the.muhur

İnsan heç vaxt rastlaşmadığı bir hadisə ilə rastlaşanda nə etməli olduğunu bilmir. Bu yanğın olsaydı, 101-ə zəng edərdim, bu oğru olsaydı mətbəxə qaçıb bıçaq götürərdim, bu canavar olsaydı belə, qışqıra-qışqıra bayıra qaçardım. Amma bu Mələk idi...
Sayfa 8 - Əli və Nino
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Əvvəllər pələngi əlləri ilə boğan kişilər indi bir mərtəbə yuxarıya qalxmağı özləri üçün böyük bir qəhrəmanlıq hesab edirdilər.
Sayfa 5 - Əli və Nino
...Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətində olanda birdən dəyişirsən... Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi, elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hisslərini, düşüncələrini və inamını dəyişir...
Sayfa 4 - Əli və Nino
İnsan ve Hayat
Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim hayatımda bu noyabr da heç nə gözləmirdim. İllər keçdikcə içdən qocalır va ümidlərimi bir-bir uşaqlıq xatiralərimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü-gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür va orada gözəgörünməz bir qarışqaya çevrilirdim.
Sayfa 3 - Əli və Nino
Mükəmməl bir başlanğıc, mükəmməl bir təsvir:
Artıq neçənci gecə idi, gözümə yuxu gəlmirdi. Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarını azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çakib rahatlayırdım...
Sayfa 2 - Əli və Nino