"Bilirsən, sənin getməyini heç istəmirəm... axı... sən, axı
mən... mən səni sevirəm... bəlkə də sən bilmirsən sevgi nədir, amma hisslərin var sənin da, sən gülürsən, qucaqlaya bilirsən.
Sənin baxışlarında bir işıq...
görəsən, mənim dediklərimi anlayırsan?" - deyə ona baxırdım, o isə gülümsəyir və əlimi
möhkəm sıxırdı.
"Mənim sevgidə bəxtim o qədər də
gətirməyib hayatim boyu, həmişə ideal axtarmışam va sonda sən gəldin, göydən düşdün mənim ovcumun içinə. İndi isə özüm öz əllərimlə səni buraxıram. Yox... qovmuram!... Heç
ağlına belə gətirmə, sadəcə, sənə seçim verirəm, azadlıq verirəm. Qanadın sağalıb artıq sabah uça biləcəksən... va...bil... bil ki, qalsan... geri qayıtsan məni dünyanın ən xoşbəxt oğlanı edəcəksən. Amma bil ki, uçsan da səni gözyaşı yox, sevgi ilə xatırlayacaq və səninlə keçirdiyim bu iki həftəni hayatımın ən dəyərli anları hesab edəcəyəm. Sən mənim üçün çox dəyərlisən. Mələk! Çox dəyərlisən..."
Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa
əgər kiçik bir pıçıltı ilə danışmağa qorxur və onun çox
möhkəm bir səslə çıxacağından çəkinirsənsə, əgər başın
gicəllən və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə...
...Küləyin əlində biz hamımız sadəcə, kiçik bir ağac budaqlarıyıq və bizim bütün açılışlarımız, qayda və qanunlarımız matəm və bayramlarımız bu böyük təbiət qüvvəsi qarşısında necə də cılız va önəmsizdir...