Kitab oxumaq… Heç vaxt görmədiyin bir insan üçün darıxmaqdır…
instagram.com/muhur205?igsh=M...
https://1000kitap.com/gonderi/273585763
https://1000kitap.com/gonderi/274014995
Həm kitab sərgisindən əldə etdiyim kitablardan biri, həm də oktyabr ayında bitirdiyim ilk kitab idi.
Kiçik həcmli olmağından dolayı 2 saata oxuyub bitirdim.
Həcmi kiçik amma olduqca təsirli, gərgin, dərin mənalı bir hekayə idi mənim üçün.
Kitabda olduqca gözəl alıntılar var. Çox sevdim. Burada bir neçəsini sizinlə paylaşmaq istədim.
Demə olar ki, hər səhifədə mütləq bir cümləni markerlərdim
Kitab uşaqlar evində 6 yaşına kimi yaşayan, daha sonra övladlığa götürülən, dostluqda, sevgidə bir növ xəyanətə uğrayan, çarəsizcəsinə həyatın hər insafsız üzü ilə qarşılaşan Leylanın həyatından bəhs edir.
Leyla'nın heç mi üzü gülməyəcək bu həyatda?
Düşünürəm sonluq onu göstərir ki, sadəcə bitən kitab oldu, amma Leyla üçün hazırlanmış sürprizlər hələ qabaqda idi...
Leylanın həyatı acı, hüzün, tənhalıq və qaranlıq məcmusudur
Gənc yazarımız @firengizkerimli xanıma seçdiyi, özünü tapdığı bu yolda bol-bol uğurlar, daha böyük nailiyyətlər arzulayıram. Və düşünürəm ki, olduqca uğurlu alınıb.
Həyatın acı reallıqları ilə qarşılaşan Leyla mənə ən sevdiyim romanlardan biri olan Aleksandra Kavelyus'un "Leyla"-sını, Xalid Hüseyn'in "Min möhtəşəm günəş" romanındakı Leylanı xatırlatdı.
Düzdür oradakı Leylaların ayrı-ayrılıqda yaşadığı dəhşətlər başqa idi, həyatları tamamilə ayrı mövzu idi.
Amma hər Leylanı ayrı sevdim. Hər birinin öz yeri oldu məndə... İstədim xatırlayaq onların da. Digər Leyla personajlarımız inciməsin məndən
Ənənələrə sadiq qalaraq:
Eşq ilə sevgi arxasındakı fərq:
"Səni sevirəm, çünki sənə ehtiyacım var" ilə "Sənə ehtiyacım var, çünki səni sevirəm" ifadələri arasındakı fərqdən ibarətdir.
Eşqdə tələb və arzular var.
Sevgidə isə paylaşma mövcuddur.
Eşq almaq bilir,
Sevgi isə fəda etməyi...