the.muhur

10/10
·355 syf.·
2025 26. kitabı
"Kaş ki Gülən Ölüm Olsa" haqqında düşüncələrim Bu romanı oxuyandan sonra içimdə izahı çətin olan bir boşluq yarandı. Hekayənin hər sətiri məni öz içinə çəkdi, sanki mən də o dövrün içində, Bəndərlə birgə nəfəs alırdım. Bəzən elə anlar oldu ki, kitabı bağlayıb saatlarla düşüncəyə getdim – çünki bəzi hissələr sözlə yox, ruhla danışırdı. Müəllifin dili sadəcə axıcı deyil, dərindir – səni hisslərindən tutub keçmişin içində gəzdirməyi bacarır. Tarixi faktlar, bədii duyğularla elə bir bütöv hal alıb ki, bu kitab mənim üçün sadəcə roman deyil, bir həyat hekayəsi oldu. Kitabı oxuduqca, səhifələri çevirdikcə düşündüyüm bir şey vardı: Gənc yazıçımız zaman maşını ixtira edib, ya da ixtira edən bir dostu var. Nəticə etibarilə keçmişə səyahət edib, kameraları, səsyığanları açıq qoyub və “siz danışın, mən sizi dinləyirəm” deyib. Bu qədər dəqiqliklə sözlərin kəsərliliyinə, ifadələrin xüsusi məharətlə işlədilməsinə, hisslərin və jestlərin sanki olduğu kimi təsvir olunmasına vallah mən başqa ad qoya bilmədim. Hər səhnə, hər baxış sanki lentə alınıb sonra da yazıya köçürülüb. Hətta mən deyərdim realdan daha təbii alınıb. Ən çox məni məndən alan hissələrdən biri isə “Köhnə dost yox, köhnəlməyən dost!” başlığı altında yer alan səhnə oldu. Dəmirçi Həsən Qara ilə Polivanyanın illər sonra baş tutan görüşü, bir-birlərinə kinayə ilə söylədikləri sözlər – oxuduqca içimdəki illərlə susmuş duyğular oyandı. O hissədəki dialoqlar təkcə keçmişin acısını deyil, kişilik, dostluq və xəyanətin bütün rənglərini göstərirdi. Hiss elədim ki, bəzi yaralar zamanla yox, baxışlarla, sükutla danışır. Sözlər az, amma duyğu çox idi o səhnədə və bu müəllifin gücünü bir daha sübut etdi. Bəndərin səssiz mübarizəsi, Xəzəlimin susqun fəryadı isə hələ də beynimdə səslənir. Sanki bu hekayə tamamlanmadı o, məndə
Kaş ki Gülən Ölüm OlsaQüdrət Kərim Sabit · Apostrof-a Nəşriyyatı · 202421 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Sevdiyim adamı xilas etməyim mənim eşqimin vəzifəsi deyilmi, Daravi?!
Sayfa 280
Bəzi şeylərin heç zaman dəyişmədiyini dərk etmək xoşdur.
Sayfa 293 - Qanun
Oxumayan üçün heç bir şey yazılmamışdır.
Sayfa 163 - Nurlar
Harada axar su varsa, orada yaşıllıq vardır. Axan göz yaşının olduğu yerə də rəhmət gələr.
Sayfa 162 - Nurlar