Müsəlman əql təriqi ilə getsə, elmə yetişər. Helmi olmayanın elmi yarımçıq olar. Helm də əqlin məhsuludur. Əgər əql qəlbə ülvi və ali bilgilər göndərməzsə, insan kamilləşə bilməz. Ağıl mərifətli at kimidir, insanı mənzil başına tez çatdırar. İnsan ağlının sayəsində həqiqətə yetişsə belə, bunu qəlb təstiq etməyincə, şübhə içini didəcək. Ağlın məhsulu inanca çevriləndə həqiqət insanın qəlbində bərqərar olur.