Ruhin Əhmədov

Ruhin Əhmədov
@RuhinEhmedov
Kitab-aldatmayan yoldaşdır
8/10
·250 syf.··
Beğendi
·
2023 1. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Şubat 2023 00:00
Detektiv mövzuya sahib olan bu kitabda müəllif oxuculara özlərini detektiv kimi hiss etmələri üçün şərait yaradıb. Kilidi ilə məşhur olan bu kitabın yalnız kilidə qədər olan hissəsini oxuyub, şifrəni ipucları ilə tapıb, kilidi açmağı bacardıqdan sonra davamını oxuya bilərsiz. Kitabın bu cür dizaynı insanların kitaba olan marağının artmasına, oxucuların kitabı birnəfəsə oxumasına vəsilə olur. ​Amerikadan İstanbula səyahət edən bir turist dəstəsindən olan Melvin adlı şəxs terror təşkilatı ilə bağlantı yaratmaqda şübhəli şəxs kimi görünür. Və şübhəli şəxs kimi göründüyündən daim nəzarət altında olsa da, naməlum kəs tərəfindən öldürülür. ​Yazıçı Ceyhunhidayətlinin detektiv kitablarının qəhrəmanı Kənan Orucov ona gələn zənglə bu qətli araşdırmağa başlayır. Bəs görəsən, Melvin doğrudan da terrorla bağlantı yaradır? Detektiv Kənan Orucov Melvini kimin öldürdüyünü tapa biləcək mi? ​Detektiv Kənan Orucov əsərdə diqqətimi daha çox öz xeyirxahlığı ilə çəkməyi bacardı... ​Kitabdakı hadisələr uzadılmadan, ardıcıl olaraq baş verdiyindən birdəfəyə oxuyub bitiriləcək kitablar siyahısına daxil edilə bilər. Ceyhun Hidayətli Bəyaz Şeytan
1000Kitap
Bəyaz ŞeytanCeyhun Hidayətli · 0141 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·586 syf.··
Beğendi
·
2024 2. kitabı
·
31 günde okudu
·
Okunma: 13 Mayıs 2024 00:00
Kitabdakı hadisələr şirkət sahibi olan Yusifin qardaşı Mikayılın ona zəng edib "Allahı tapmışam" deməsi ilə başlayır.Bu zəngdən sonra isə Yusifə xəbər gəlir ki,qardaşı Mikayıl özünü asıb.Ardınca da Yusifin evində partlayış baş verir. Polislər bu məsələlərdə Yusifi təqsirkar görürlər, nəticədə Yusif daha yenicə tanıdığı Ayana sığınır.Onlar başa düşürlər ki,bu işin arxasında bir iş var və bu baş verənlərin heç biri səbəbsiz deyil.Ancaq polislərin belə onlara inanmaması, Yusifin Ayanla birgə qardaşı yaşadığı ölkəyə getməyə vadar edir. Məlum olur ki,Mikayıl "Şeytanın kitabı" adlı kitab yazıb və bu kitabda elə şeylər var ki,insanlardan gizli saxlanılır.Əgər kitabda yazılanlar aşkar olunsa,bütün "insanlıq" xilas olar.Deməli,Mikayılın ölümünün də bu kitabla bir əlaqəsi var.Əsərdə qısa vaxt ərzində Yusiflə Ayananın arasında yaranan sevgiyə də şahidlik edirik.Və əmin olun,kitabı oxuduqca təəccübünüzü gizlədə bilməyəcəksiz. ️Bəs görəsən,Mikayılın o kitabda yazdığı "insanların taleyini dəyişəcək olan şey" nə idi?Ayanla Yusif o kitabı oxuyub,həqiqətin fərqinə vara biləcəklər,yoxsa Mikayıl kimi onlar da kitabın insanlardan gizli saxlanılması səbəbilə öldürüləcəklər? ️Qeyd edim ki,kitabda dinlərlə bağlı fikirlər mövcuddur.Sadəcə İslam dininə dair deyil,eyni zamanda digər dinlərlə əlaqədar olan faktlar irəli sürülüb.Bu faktlar həm dinin varlığına,həm də yoxluğuna əsaslanır.Dini mövzularla bağlı mübahisəsi olanlar və dini inanclardan şübhəli olan insanlar kitabı oxuduqca baş qarışıqlığı yaşaya bilərlər. Şeytanın Kitabı Qaraqan
1000Kitap
Şeytanın KitabıQaraqan · 2020686 okunma
6/10
·173 syf.··
Beğendi
·
2024 1. kitabı
·
17 günde okudu
·
Okunma: 17 Nisan 2024 00:00
Həyatınızın bir yalan üzərində qurulduğunu düşünün.Yaşadığınız və sürdürdüyünüz həyatın bir oyundan ibarət olduğunu düşünün."Paramneziya" kitabı məhz belə bir insanın həyat hekayəsindən bəhs edir.Paramneziya xəstəliyindən istifadə olunub həyatı aldadılan bu qəhrəman kimdir? Psixoloq olaraq fəaliyyət göstərən Nərmin əri Nihad və qızıyla birlikdə xoşbəxt həyat sürürdü,ta ki bir gün Nərminin iş yerinə gəlib ondan kömək istəyən qadın həyatlarına girənədək. ️Görəsən,Nərminin ailəsinin xoşbəxtliyinin pozulmasına səbəb nə idi? Bəs "paramneziya xəstəliyi" nədir? Bəzi insanlar real hadisələri unudur və onlarda yalançı xatirələr formalaşmağa başlayır.Bu paramneziya adlanan yaddaş pozuntusudur.Bu xəstəlikdən əziyyət çəkənlər qeyri-iradi olaraq keçmişdə baş verən hadisələri indiki zamanda baş verən hadisələrlə qarışdırır,gerçək hadisələri uydurma hadisələrlə əvəz edirlər. Yazıçı bu xəstəliyi kitabda obraz daxilində ustalıqla əks etdirməyi bacararaq oxuculara təqdim edir.Paramneziya və digər növ psixoloji sahə ilə maraqlananlar da oxuya bilərlər.
1000Kitap
ParamneziyaBəhram Əhməd · 048 okunma
9/10
·68 syf.··
Beğendi
·
2023 2. kitabı
·
25 saatte okudu
·
Okunma: 16 Ekim 2023 00:00
Yazıçı doğum günündə ona gələn məktubları incələyərkən,diqqətini qalınlığı ilə çəkən məktubu oxuyur,bilinməyən bir qadın tərəfindən göndərilən məktubu."Modern klassiklər"ə aid olan bu kitab bir qadının məktubundan ibarət kiçikhəcmli əsərdir və birnəfəsə oxunub qutalması mümkündür. "Beni asla tanımamış olan sana" deyə başlayan məktubundan məlum olur ki,qadın daha kiçik yaşlarından etibarən binalarına köçən bu yazıçıya aşiq olub,ancaq onu sevdiyini hər zaman qəlbində gizləyib.Qadın onu sevdiyini ilk dəfə elə bu məktubunda etiraf edir,məktubda yazıçı ilə birlikdə olduğu günləri xatırlayaraq dərindən təəssüf hissi keçirir.Onu nə qədər sevdiyini,ancaq əsla görülmədiyini bütün dərin hissləri ilə ifadə edir.Ona sadəcə digər qadınlar kimi yanaşmasının nə qədər ağır olduğunu hiss etdirir. ️Yaxşı,bəs görəsən,yazıçı R. məktubunda onunla birkikdə keçirdiyi günləri təsvir edən,həyatını yazıçıya olan sevgisi ilə hədər edən bu qadını xatırlaya biləcək mi,yoxsa bu qadını da birlikdə olduğu digər qadınlardan biri kimi görəcək?
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,6bin okunma
6/10
·424 syf.··
Beğendi
·
2024 3. kitabı
·
19 günde okudu
·
Okunma: 23 Mayıs 2024 00:00
Detektiv janrlı bu romanda xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur.Əsər detektiv janrda yazılsa da,burada bir çox zəngin və meşşan ailələrdəki ənənəvi problemlərə də toxunulur. Əsər doğum günü məclisi üçün toplanan insanlarla başlayır.Doğum günü məclisinin bitməsindən sonra baş verən hadisələr isə sanki oxucunu kitaba kilidləyir,sürükləyici xüsusiyəti ilə kitabı birnəfəsə oxuyub bitirməsinə vəsilə olur. Belə ki,məclisdə iştirak edənlərdən birinin-Bədirin yandırılmış maşını və güllə ilə öldürülmüş cəsədi tapılır.Qətli,detektiv Qanbay Qasımlı digərlərinə nisbətən daha dərindən araşdırmağa başlayır;hadisə yerindən tapılan qadın çantasının sahibini tapıb,onu ələ almağa çalışır. Bəs Bədiri öldürən bu qatil kimdir?Qanbay Qasımlı qatili tapa biləcək? Bunu yalnız kitabı oxuduqdan sonra bilə bilərsiz. İpucu olaraq onu da qeyd edim ki,cinayət adi,sıradan bir cinayət deyil.Arxasında gizli sirrlər durur və bu sirrlərdən ən böyüyü də məhz elə xəyanətdir...
Edebiyat
Məhəbbətin Gizli KoduElhan Elatlı · Teas Press · 2024591 okunma