- O məni ovsunlamışdı... Yer kürəsi fırlanmasın, dayansın istəyirdim. Bu gecənin bitməsini istəmirdim... Onu buraxmaq istəmirdim. Heç vaxt. O kresloda oturub, dünyanın axırına dək ona qulaq asmaq istəyirdim. Mümkünsüzü istəyirdim... Bilmədən, əslində, o an əhvalatımızı başlatmışdım... Hələ hiss etmədiyimiz, qarşısını ala bilməyəcəyimiz, su kimi əllərimizdən axacaq dayanmış saatları başlatmışdım...
Barmaqlarını daraqlayıb çənəsini qoymuşdu. İnamlı baxışları ilə məni ruhlandırmağa çalışırdı. Oğrun təbəssümündə qəddarlıq var idi. Zibilə düşmüşdüm, bunu bilirdim.