Samirə Abbasova

Samirə Abbasova
@Samira_Abbasova
Uyanır-uyanmaz kelebeğe dönüşemezsin; büyümek bir süreçtir🪻 (⁠✿⁠ ⁠♡⁠‿⁠♡⁠)
"Əslində, gözəl günlərin birində özüm də bacarıram".
10/10
·272 syf.··
2024 2. kitabı
·
3 günde okudu
·
Okunma: 25 Ocak 2024 16:55
Kazuo İşiquro qələmini, üslubunu bütün fərqlilikləri ilə bərabər sevdiyimdən indi daha çox əminəm. Bu yola ilk dəfə təqribən 2 il əvvəl - "Məni heç vaxt tərk etmə" romanı ilə çıxmışdım. Bu zamana qədərki müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, yazıçı hadisələri keçmişə dönərək nəql etməyin öhdəsindən uğurla gəlir. Sanki təhkiyəçi ilə qarşılıqlı oturub söhbətləşir, onun xatirələrinə ortaq olursan. "Günün qalanı" romanında hazırda 1956-cı ildir. Baş qəhrəmanımız Stivens 6 günlük bir səyahətə çıxır. Bu səyahət zamanı o, keçmişinə boylanır, yaşanmışlıqlarını analiz edir və bunları bizimlə bölüşür. Mütaliə boyunca ağlımda bir sual dolaşıb-durur: "Bütün hadisələrdən agah olduq, hər şey aydındır. Bəs yaşanmamış olanlar? Geri dönüşü olmayan qərarlar? Sükutlar, qaçışlar? Bəs onlar necə olsun?" Görünür, cavabsız qalacaqlar. Nəticədə, Stivens də bu suallar qarşısında aciz və çarəsizdir. Gəlin, sizə bir az Stivens barədə danışım. Stivens keçmişində böyük işlərlə az-çox əlaqəsi olan, nüfuzlu siyasətçilərin, amerikalı və avropalı dahi xadimlərin dövrün böyük hadisələrini müzakirə etməyinə şahid olan bir şəxsdir. Hər halda, özü belə ifadə edir. Səyahət boyunca yeni tanımış olduğu hamıda əsl centlmen təəssüratı yaradan bir eşikağasıdır. Nökərbaşı yox, qullarağası yox, məhz eşikağası. Siyasi arenada tanınmış şəxs olan mister Darlinqtona canla-başla illərini fəda etmiş sadiq biridir. Bu 6 gündə isə Stivens "qeyrət", "ideallıq", "böyüklük" kimi anlayışlara məna axtarır, müddəalarla da bu tezislərini isbatlayır. Qeyd etmək istəyirəm ki, "böyüklük" barədə olan fikirləri çox diqqətimi çəkdi və məni bu barədə düşünməyə vadar etdi. Həmin hissəni sizinlə də bölüşüm: "... ölkəmizin böyüklüyü gözəlliyinin göz deşməməsində - sükunətində, ciddiyyətində, sadəliyindədir. Sanki bu torpaq
Günün QalanıKazuo Ishiguro · Teas Press · 20236,9bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·120 syf.··
2023 15. kitabı
·
25 saatte okudu
·
Okunma: 03 Ağustos 2023 00:00
"Hər şeyi izah etmək olmur. Heç müharibəni də, üstəlik əgər uşaqları öldürürsə". Sarsıdıtdın məni, Portağal bağı! Qopmağa vaxt tapmayan boyalarınla, atəşdən deşik-deşik olmuş pərdələrinlə... Ömrü bitdiyi üçün yox, qırılmasına "Gözə, nəzərə gəldi" və ya "Çıxacağı var imiş" kimi səbəblər irəli sürə bilməyəcəyimiz boşqablarının səsi ilə. Sarsıtdın... Haqlısan, Amid. Hamımızın içində bilmədiklərimizi bilən, yaradılışımızı xatırladan güclü bir varlıq var. Röyalarımızda səyahət edən, gördüyümüz yuxulara səbəbkar olan biri var daxilimizdə. Və səmada, ulduzların arasında Əzizi axtarmağa davam etmə artıq. Düşünürəm ki, sənin axtarışında olduğun əkizin ulduz sürüşməsi yaşayıb. Niyə? Bəlkə də, sənə qəribə gələcək bu fikrim. Ulduz sürüşməsi zamanı insanlar arzu tuturlar çox vaxt. Və insan oğlu xeyirli olub-olmayacağını önəmsəmədən sıralayır arzularını, dualarını. Əziz də kimilərinin xeyirli, kimilərinin isə zərərli dualarına qurban getdi, məhz o duaların təcəllisi oldu bu hekayədə. Ey bəşər! Yeddi, doqquz, iyirmi, min yaşından sizə səslənən Amidlər, Əzizlər var. "Məni eşidirsiniz?" deyirlər. Eşidirsiniz? Qaldırın gözlərinizdəki maneələri, açın qulaqlarınızı. Eşidin, xahiş edirəm, eşidin. Eşitməsəniz, bir dəfəlik kəsiləcək bu səslər. Qoymayın solsun o nur, izn verməyin... Bu kitabdan çıxartdığım böyük bir nəticəm var: Müharibə qəhrəmanı qatil, qatili qəhrəman edə biləcək yeganə qüvvədir. Ən ədalətsiz tərəfi də məhz budur. Sevirəm müharibə mövzulu əsərləri, amma heç bir əsər bir "Portağal bağı" olmamışdı bu zamana kimi. Təşəkkür edirəm, Hamid Babayev . Belə möhtəşəm bir əsəri "Nebula Publishing" ilə oxuculara doğma dilimizdə çatdırdığın üçün. Sevimli korrektorlarımız İnci Zadə , Tinuviel , sizə də təşəkkürlər. Qüsursuz bir kitabın hazırlanmasına sərf
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
Limon Çiçeği ♡
9/10
·296 syf.··
2023 13. kitabı
·
113 günde okudu
·
Okunma: 21 Temmuz 2023 15:57
İmtahanlar bitdikdən sonra ilk qərarım yarım qalmış kitablarımı tamamlamaq oldu. Daha ağır, irihəcmli kitabların payız-qış aylarında zehnimi, qəlbimi isitməli olduğunu düşünürəm. Yayda bu funksiyanı icra etmələrinə ehtiyacım yoxdur :D İndilik əlim romcom, gənclik ədəbiyyatı tərzində kitablara gedir yalnız, sonra bütün gün ağzım qulaqlarımda dolaşıram bağçada. Özümü xoşbəxt hiss etdirirsə, gerisi təfərrüatdır zatən. "Sevgili Limon Çiçeği" çox zərif, çox içdən bir təəssürat yaratdı məndə. Ecrin və Meriç'in bir-birinə ünvanladığı mədəni üslublu, eyni zamanda nostaljik məktublarını oxumaq gözəl idi. Düşüncələrimin daha çoxunu yazıya tökmək niyyətində deyiləm. Bəzən bəzi kitablar duyğularınızdan əmin etməz çünki. Həyatınızda bircə dəfə oxuyarsınız, gözəl anlara, xoş duyğulara sahib olarsınız, daha böyük bir qismi isə sizə qalar yenə də) Səni xatirələrimdə daim gözəl xatırlayacağam. Amma daha önəmlisi, bir təşəkkürüm də var. Mənə həyatımdakı ən dəyərli ( Sevaland ) insanlardan birini qazandırdığın üçün ömrüm boyunca minnətdar olacağam, Limon Çiçəyi
Sevgili Limon ÇiçeğiBetül Güçlü · Ren Kitap · 20202,315 okunma
Ah, Christopher...
10/10
·289 syf.··
2023 12. kitabı
·
57 günde okudu
·
Okunma: 16 Temmuz 2023 14:03
Sarı və qəhvəyi rəngləri heç cür qəbullana, sevə bilmirdin. Günəşi də mi sevmirdin, görəsən, Kristofer? Bəs torpağı? Axı torpaq da qəhvəyidir. Yox, yox, sən torpağı sevirdin, əminəm. Ananla yaşadığın mənzilin bağçası yox idi, torpağa toxuna bilmirdin, kədərlənmişdin buna görə. Bu gün yağış yağırdı, Kristofer. Bağçaya çıxdım, göy üzünə baxaraq ciyərlərimə çəkdim yağışlı torpağın qoxusunu və özümü "önəmsizləşdirdim". Tam da sənin etdiyin kimi... Özünü necə qorumalı olduğunu çox yaxşı bilirsən. Və... Əksəriyyətimizin ola bilmədiyi qədər cəsarətlisən, məntiqin sayəsində hər zaman bir çıxış yolu taparsan. Bu az yaşında çox yaxşı detektiv olmusan, həm də Şerlok Holms kimi. Sonradan astronom da olarsan, inanıram. Amma daha böyük güvənim dürüst və güclü bir insan olacağınadır. Ümid edirəm ki, bütün günlərin başlanğıcında ard-arda qırmızı maşınlar görərsən bundan sonra, Kristofer. Hər günün daha çox "super yaxşı gün" olar. Ah, unutmadan, atana qarşı olan nifrətinin yox olacağı o günün də xəyalını quracağam. Səndən fərqli olaraq, tənqid edə bilmədim onu, balaca. Ona güvənməyini çox istəyərəm, ikinizin də buna ehtiyacı var, "güvənə bilməyin uzun illər tələb etsə belə". Atana da, anana da, toxuna, dəstəklərini, varlıqlarını ən dərinindən hiss edə biləcəyin o günlər də gələcək... Özümü bildim-biləli özəl olaraq dünyaya gəlmiş insanlara, ən əsası da uşaqlara qarşı çox həssas olmuşam. Mən çox sevdim Kristoferi, qucaqlaya bilməzdim özünü möhkəmcə, izn də verməzdi ki, həm. Lakin bütün qorxularını, narahatlıqlarını sardım, sarmaladım mənimmiş kimi. Kitaba gəldikdə isə, toxunulan mövzu, konstruksiya, Kristoferin düşüncələrini səhifələrə yansıtdığı şəkillər, hamısı, bir sözlə, möhtəşəm idi. Kitab və hüzurla qalın)
Süper İyi GünlerMark Haddon · Türkiye İş Bankası Kültür Yayınları · 20224,165 okunma
10/10
·224 syf.··
2023 9. kitabı
·
6 günde okudu
·
Okunma: 29 Mart 2023 16:12
"Narnia Günlükleri" seriyasının üçüncü kitabı "At ve Çocuk" ♡ Narnia indi oxuduğum bu zamanlardan çox-çox əvvəllərin, uşaqlığımın ən gözəl miraslarındandır mənə. Atamla olan ən gözəl xatirələrdən. "Keçmişindən nələr üçün darıxırsan?" deyilsə əgər, şübhəsiz ki, indi yalnız o zamanlar üçün darıxacam. Bu suala verəcəyim cavabları dəyişəcək amma zaman... İndi zaman üçün; sonralar isə zamanın axarında itib-gedənlər üçün... Duyğularımdan sonra kitabın şərhinə keçid edim indi isə. Özümdən biixtiyar bir şəkildə, "Narnia" filmlərini izləməyən insanlara böyük təəccüblə yanaşıram, təbliğat aparıram, izlətdirirəm. Seriyanın ilk kitabı ilə bağlı bir film yoxdur, Narnia'nın yaradılışından bəhs edir, təməl kitab kimi də nəzərdə tuta bilərik. Amma belə bir gerçək var ki, ilk kitab xronoloji sırada ilk olaraq yazılmayıb. Yazıçı daha sonradan buna ehtiyac duyub. İkinci kitabın isə filmi mövcuddur, candır. Bunu oxuyarkən film səhnələrinin insanın gözü önündə canlanması, bu təsəvvürün verdiyi xoşbəxtlik tamam fərqlidir. Üçüncü kitabı, yəni "At ve Çocuk"u oxuyarkən fərqinə vardım ki, filmi çəkilməmiş olan bu kitab öncəkindən daha həyəcanlı duyğulara qapdırır insanı. Böyük ehtimalla, filmlərlə öncəki kitabın o həyəcanını artıqlaması ilə yaşamışam deyə belə hiss edirəm. Amma yenə də seriyanın bütün kitablarının filmlərinin olmasını çox istərdim. (Qısacası, ilk 3 kitab arasından favoritim "At ve Çocuk". ) Narnia ölkəsi bir şedevr ola bilər, amma kitabların o möhtəşəmlikdə olmaması kimi bir gerçək var. Oxuyub dərdindən ölməzsiniz, əldən-ayaqdan da getməzsiniz. Amma sadəliyində, verdiyi gözəl və dəyərli mesajlarında, ən önəmlisi isə, doğmalığında əksik gördüyünüz hər şeyi tamam edə bilərsiniz. Şərhim bir qədər duyğusal və romantik oldu, bəlkə də. Yenicə bitirmişdim kitabı.
Narnia
At ve ÇocukC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20122,066 okunma