Getdiyin yollarda bir gün sevinəcək, bir gün də kədərlənəcəksən. Ağlayacaqsan və güləcəksən. Büdrəyib yıxılacaqsan və yenidən ayağa qalxacaqsan. Budur həyatın qısa icmalı! Bu həyatda uğursuz olmaqdan deyil, hərəkət etməməkdən qorx.
Həyatda bəzi şeylər var ki, onlar kitablarda və mədrəsələrdə öyrədilməz. Öyrədilsə də, təsirli olmaz. Onları öyrənmək üçün yaşamaq, çoxlu səhv etmək və o səhvlərdən nəticə çıxarmaq lazımdır.
Keçmişi olduğu yerdə buraxmaq üçün onun bir daha geri qayıtmayacağını artıq anlamalı və qəbul etməlisən. Keçmişin insana tək faydası - ondan alınan dərslərdir.