Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: "Alacaqsan canımı"
Ruhum getsə,canım qalsa, incimə.
Heç bildinmi, sənnən nələr çəkdi can?
Dərdlərinnən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
Kar qəlbini daha necə səsləyim?
Sevgidənsə bəlkə nifrət bəsləyim?
Daş ürəklim, can çürüdən tərsliyin,
Məni sənnən vaxtsız alsa, incimə...
Vahid Əziz
Bir-bir sənə bağlandığım tellər qırılır,
Baxanı yox, bəslədiyin güllər qırılır,
Çox uzandı bu ayrılıq, illər qırılır,
Bu sevginin hər şeyindən keçib gedəcəm.
Vahid Əziz