Booklover

Booklover
@Sarah_Y
Anlamışdı ki, həyatdakı hər şey adi gözlərlə göründüyü qədər bəsit deyil. Hər hadisənin bir də yalın gözlərlə görünməyən tərəfi var. Pərdəarxasında gizlənən hikməti görmək üçün isə səbir lazımdır, təvəkkül lazımdır. İnsanın üzünə bağlanan qapıların açarı - Yaradana inam və təslimiyyətdir.
Reklam
İndi onlar bir-biriləri ilə sözlərlə deyil, gözlərlə danışırdılar. Sözlərin yerini darıxan, axtaran, uman, bəzən sevinc dolu, bəzən incik, bəzən də kədərli baxışlar almışdı. Demə, gözlərin uzaqdan pıçıldadığı sözlər daha güclü, daha təsirli imiş...
Sən yola çıx, o özü səni getməli olduğun yerə aparacaq.
Könül, rast gəlməsən tikana,xara, Yetişə bilməzsən gülüzlü yara. Şan-şan olmasaydı darağın bağrı, Əli çatardımı ipək saçlara?
Düzgün qərarları ancaq sakit beyinlə vermək mümkündür. Bir də ki unutma, bu həyatda dəyişə biləcəyin şeylər var, bir də dəyişə bilməyəcəyin.
Reklam