Booklover

Booklover
@Sarah_Y
İnsanın öz məqsədinə çatmasında səbr ən önəmli amildir.
Reklam
Peyğəmbərlik olduqca böyük və məsuliyyətli vəzifədir. Bu yolda insanı əzab-əziyyət, qətl, təhlükəli və müxtəlif çətinliklər gözləyir. Qarşıya qoyulan məqsəd nə qədər böyük olarsa, bu yoldakı çətinliklər də bir o qədər artacaq.
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıхarıb oynatmadınmı? Mən ki nəğmə dеyib bənövşələrdən Pеşəm zövq almaqdı bir şuх dilbərdən, Məndən uzaq gəzib, dolanıb hərdən, Qəlbimi sıхmağa can atmadınmı?! Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın bеlə. Müşfiqin qəlbini tеz alıb ələ Onu röyalardan oyatmadınmı?! Mikayıl Müşfiq
Nəfəs alıb-vermək, gəzmək, hərəkət etmək, yatmaq, sonra isə yenidən oyanmaq, görmək, danışmaq, eşitmək, hiss etmək, düşünmək - bütün bunlar adi şeylər deyil, heç nə ilə dəyişilməyəcək əvəzsiz nemətlər və ilahi hədiyyələr imiş! Görəsən, bu nemətləri dəyişə biləcəyim, dəyəri onlarınkı ilə eyni olan hansısa xəzinə və ya sərvət varmı bu dünyada? Əsla! Məgər insanın sağlam vücudu və ruhu ona bəxş olunmuş ən böyük sərvət deyilmi?
Ölüm elə bir şeydir ki, əgər o, həqiqətən, gəlmək istəsə, qabağını heç kim saxlaya bilməz.
Reklam