Hər saniyənizin qədrini bilin, ömrünüzün hər saniyəsini sevin. Əgər bu saniyələri mənasız və dəyərsiz işlərə rahatlıqla xərcləyirsinizsə, deməli, siz hələ də malik olduğunuz xəzinənin qədrini bilmirsiniz.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Biz hansısa faktı xoşbəxtliyimizə maneə kimi gördükdə xoşbəxt ola bilməyəcəyik. Fiziki qüsurlarını, çatışmazlıqlarını, zəifliklərini həyatın bir parçası kimi qəbul etmiş, bunu öz xoşbəxtliyinə maneə bilməyən insan mütləq xoşbəxt olacaq.
Unutmayın ki, hansısa hadisəyə və ya varlığa müsbət, mənəvi münasibət bəsləyiriksə, bu hələ o demək deyil ki, onun yoxluğunu fəlakət kimi qəbul etməliyik. Kimisə və ya nəyisə bütün qəlbinizlə sevə bilərsiniz. Amma bu kimsə getsə və ya bu nəsə yoxa çıxsa, bu o demək deyil ki, siz ölməlisiniz.
Belə bir itki, nə qədər böyük olsa da, yalnız sizin üçün çox əziz olan nəyinsə yoxa çıxması deməkdir, sizin yoxa çıxmağınız demək deyil.